"Azərboru" şirkəti xaricə plastik borular ixrac edəcək

"Azərboru" şirkəti xaricə plastik borular ixrac edəcək
13:32 21 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 21 oktyabr. REPORT.AZ/ Azərbaycanda sənayenin qeyri-neft sektorunda cəmləşən şirkət ölkə xaricində də fəaliyyətini genişləndirmək niyyətindədir. Belə ki, ölkədə plastik boruların istehsalı ilə məşğul olan "Azərboru" MMC yaxın gələcəkdə məhsullarını xarici ölkərə ixrac etməyi planlaşdırır. Bunu "Report"a açıqlamasında "Azərboru" MMC-nin nümayəndəsi bildirib.
"Hazırda istehsal etdiyimiz məhsullar daxili bazarın tələbatını ödəyir. Məhsulların keyfiyyəti ixrac əməliyyatlarını da həyata keçirməyə imkan verir. İstehsalda istifadə etdiyimiz məhsulların xammalını xarici ölkələrdən idxal etməli oluruq. Lakin 2018-ci ildə Sumqayıtda istismara verilməsi nəzərdə tutulan "SOCAR Polymer" layihəsi artıq reallaşmağa başlayandan sonra xammalımız yerli məhsullar olacaq və bu, işimizi xeyli asanlaşdıracaq", - deyə şirkətin nümayəndəsi qeyd edib.
Yerli xammalın məhsulun maya dəyərini xeyli ucuzlaşdıracağına ümid edən şirkət, sənayenin qeyri-neft sektorunun inkişafının xarici bazarlara çıxış imkanlarına böyük təkan verəcəyinə inanır: "Dünyada müşahidə edilən iqtisadi böhran ölkə iqtisadiyyatı, xüsusilə inşaat sektoruna da təsirsiz ötüşməyib. Ötən il həm iqtisadiyyatda, həm də istehsalatda azalma müşahidə edilib. Lakin son dövrdə nisbi artımın olduğu hiss edilir. Dövlət layihələrinin icrası istər-istəməz inşaat bazarında da canlamaya səbəb olur".

Xəbərin orijinal ünvanı: http://report.az/senaye/azerboru-sirketi-xarice-plastik-borular-ixrac-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR