"ASAN qatar" sisteminin tətbiq olunacağı vaxt AÇIQLANDI

"ASAN qatar" sisteminin tətbiq olunacağı vaxt AÇIQLANDI
13:42 21 Oktyabr 2016
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda yaxın vaxtda "ASAN qatar" sisteminin tətbiqinə başlanacaq.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov "Caspian Energy" jurnalına müsahibəsində deyib.

Onun sözlərinə görə, yeni sistemin ilin sonunadək tətbiqi nəzərdə tutulub: "Bu məqsədlə hazırda Bakı vaqon deposunda 3 xüsusi qatar hazırlanır ki, proses ilin sonunadək başa çatacaq. Qatarlar ardıcıl olaraq şimal, cənub, şimal-qərb, qərb və cənub-qərb istiqamətində hərəkət edərək əhaliyə xidmət göstərəcək. İlkin mərhələdə qatarlar 3 vaqondan ibarət olacaq. Vaqonlar bütün zəruri avadanlıqlarla təmin olacaq. Bununla yanaşı, "ASAN xidmət"in əməkdaşlarının fəaliyyəti üçün bütün lazımi şərait yaradılacaq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/481760.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR