SOCAR havaların soyuması ilə əlaqədar yeraltı qaz anbarları üçün nəzərdə tutulan qazı əhaliyə verir

SOCAR havaların soyuması ilə əlaqədar yeraltı qaz anbarları üçün nəzərdə tutulan qazı əhaliyə verir
14:02 21 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 21 oktyabr. REPORT.AZ/ Son günlər havaların soyuması ilə əlaqədar əhaliyə verilən qazın miqdarı artıb. "Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) neftin qazın nəqli və qaz təsərrüfatı məsələləri vitse-prezidenti Rəhman Qurbanov bildirib. R.Qurbanov qeyd edib ki,hazırda yeraltı qaz anbarlarına vurulan qazın həcmi azaldılıb və bu həcm əhaliyə verilir. Şirkətin vitse-prezidenti hazırda gündəlik ölkə üzrə əhaliyə 16-17 mln. kubmetr qaz verildiyini bildirib: "Baxmayaraq ki, ölkədə qış rejiminə keçid noyabrın 15-də olmalıdır, "Azəriqaz"ın sistemi qış rejiminə keçmək üzrədir".
O, ölkədə istehsal olunan qazdan əmtəəlik qaza düşən hissənin azaldılmasının səbəbindən danışaraq qeyd edib ki, bu, həm AÇG-də laylara vurulan qazın həcminin artması, həm də qışa hazırlq məqsədilə yeraltı qaz anbarlarına qaz vurulması ilə əlaqədardır: "Ona görə əmtəəlik qaz azalıb".
Onun sözlərinə görə, hələ yeraltı qaz anbarlarına qazın vurulması mövsümü başa çatmayıb.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/socar-havalarin-soyumasi-ile-elaqedar-yeralti-qaz-anbarlari-ucun-nezerde-tutulan-qazi-ehaliye-verir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR