Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Özbəkistan Azərbaycana məhsul ixrac üçün yeni müqavilələr bağlamaq niyyətindədir

Özbəkistan Azərbaycana məhsul ixrac üçün yeni müqavilələr bağlamaq niyyətindədir

Date: 21 October 2016 14:02

Bakı. 21 oktyabr. REPORT.AZ/ "Azərbaycan və Özbəkistan arasında ikitərəfli münasibətlər dinamik şəkildə inkişaf edir".
"Report" xəbər verir ki, bunu Özbəkistanın Azərbaycandakı səfirliyinin müşaviri Cahangir Aminov keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, siyasi və iqtisadi əlaqələrin inkişaf perspektivləri var: "Xarici işlər nazirlikləri və digər dövlət strukturları arasında çoxlu əlaqələr mövcuddur. Bir neçə səfərlər də gözlənilir. Gələn il həmçinin hökumətlərarası komissiyaların iclaslarının keçirilməsi üzərində işləyəcəyik".
C.Aminov noyabrın 8-10-da Özbəkistanda ilk beynəlxalq meyvə-tərəvəz yarmarkasının keçiriləcəyi planlaşdırılır və orada Azərbaycanda bir neçə şirkətin iştirak edəcəyi gözlənilir: "Yarmarka zamanı Özbəkistan şirkətləri ilə müqavilələrin imzalanması gözlənilir. Həmin müqavilələr əsasında da Özbəkistan məhsulları Azərbaycana ixrac olunacaq".
Səfirliyin müşaviri, həmçinin bildirib ki, iki ölkə arasında ticarət dövriyyəsi potensiala uyğun deyil. O, ticarət dövriyyəsinin yaxın gələcəkdə artacağına ümidvar olduğunu da qeyd edib.

Tags:  Özbəkistan Azərbaycana məhsul ixrac yeni müqavilələr bağlamaq niyyətindədir

RƏYLƏR


Top news