Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Nikolas Maduro Bakıya gəlir - SƏBƏB

Nikolas Maduro Bakıya gəlir - SƏBƏB

Bu ölkədə yenidən fövqəladə vəziyyət elan edildi (16 Mart 2017 01:24)

Tarix: 21 Oktyabr 2016 14:12

Venesuela prezidenti Nikolas Maduro Azərbaycana səfər edəcək.

Milli.Az azvision.az-a istinadən bildirir ki, bu barədə `DW` agentliyi məlumat yayıb.

Bildirilib ki, səfərin məqsədi neft hasilatının dondurulması ilə bağlı məsələləri müzakirə etməkdir.

Məlumata əsasən, Maduro öncə Neft İxrac Edən Ölkələrin Təşkilatına (OPEC) üzv ölkələrə, daha sonra isə qeyri-üzv ölkələrə səfər edəcək. Səfər zamanı onun Azərbaycanla yanaşı, İran, Səudiyyə Ərəbistanı və Qətərə gedəcəyi planlaşdırılır.

Qeyd edək ki, N.Maduro cümə axşamından etibarən səfərə başlayıb və səfər ümumilikdə 4 gün davam edəcək.

Milli.Az


Teqlər:  Nikolas Maduro Bakıya gəlir SƏBƏB



RƏYLƏR


Top xəbərlər