Bakı. 21 oktyabr. REPORT.AZ/ "Belarus Avropa Oyunları keçirərkən, Azərbaycanın təcrübəsindən yararlanacaq."
"Report"un "Belta" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ilə görüşündə deyib.
A.Lukaşenko bildirib ki, bu təcrübə onlara çox lazımdır. Amma o, ilk Avropa Oyunlarını təşkil etmiş Azərbaycanı heç kimin keçə bilməyəcəyini vurğulayıb: "Dostum, Azərbaycan Prezidenti İlham Əliyev elə bir yüksək səviyyə müəyyən edib ki, ötüb keçmək heç kəsə müyəssər olmayacaq”.
Qeyd edək ki, II Avropa Oyunları 2019-cu ildə Minskdə təşkil olunacaq.