Azərbaycan bankların məcburi konsolidasiyanın əleyhinədir

Azərbaycan bankların məcburi konsolidasiyanın əleyhinədir
14:12 21 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 21 oktyabr. REPORT.AZ/ "Bankların məcburi təmərküzləşdirilməsini siyasət elemeti kimi qəbul etmirik". "Report" xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib.
"Biz tənzimləyici olaraq 2-3 bankın, sığorta şirkətinin, qurumun birləşdirilməsini uğursuz cəhd sayırıq. Bu məsələlər əvvəllər sınaqdan keçirilib. Məcburi qaydada iki qrupun birləşməsi idarətemədə fəsadlar yaradır. İki problem üst-üstə gəlir. Mahiyyət və məsuliyyət dəyişmir. Bank sektorunun sağlamlaşdırılmasında dünya təcrübəsini əsas götürmüşük", - deyə R.Aslanlı əlavə edib.
Onun sözlərinə görə, bank sektorundakı problemlər bəlli oluib: "Bu, mövcud qeyri-işlək aktivlər, bank sektorunun xarici valyuta balansının kəsiri, ikiqat devalvasiyanın müəyyən kapital itkiləri formasında təzahür etməsidir. Bu da müəyyən gərginlik yaratmışdır".
"Palata olaraq bank sektorunun dərin diaqnostikasını aparmışıq, sağlamladırılması üzrə müvafiq siyasət hazırlamışıq. Bu tədbirlər müxtəlif bank qrupları üzrədir. Sistem əhəmiyyətli banklar var ki, bunların iflası həmin bankların müştəriləri ilə yanaşı maliyyə sektoru, iqtisadiyyatın dayanıqlılığına təsir edə bilər. Bankların sistem əhəmiyyətli meyarlarını müəyyən edərək bu bankların zərurət yaranarsa, dövlət tərəfindən dəstəklənməsi layihəsini hazırlamışıq. Artıq iki bank haqqında dövlət dəstəyinə qərar verilib. Azərbaycan Beynəlxalq Bankına zəruri likvidlik vəsaitləri ayrılır", - deyə MBNP başçısı əlavə edib.
R.Aslanlı qeyd edib ki, "Bank Standard"ın da sistemdə qalması üçün cəhdlər edilib: "3 ayda 40 min əmanətçini yola saldıq. Daha sonra məlum oldu ki, Bankın sağlamlaşdırılması üçün çəkilən xərclər vergi ödəyiciləri üçün ikiqat artıq olacaq, nəinki bankın sistemdən çıxarılması. Qorunan əmanətlər 100% kompensasiya olunur. Sosial ədalətin pozulması fikri ilə razı deyiləm. Bankda 15 minədək əmanətçinin kompensasiyası manatda ödəniləcək, çünki əgər əmanətlər bir neçə valyutadırsa, əmanətlər birləşdirilir və kompensasiya manatda ödənilir".

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/azerbaycan-banklarin-mecburi-konsolidasiyanin-eleyhinedir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR