Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qan davasına görə Azərbaycana qaçan türkiyəli: "Məni axtarırdılar"

Qan davasına görə Azərbaycana qaçan türkiyəli: "Məni axtarırdılar"

Date: 21 October 2016 14:12

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə Türkiyədə 6 il axtarışda olan Engin Said Dudunun öz ölkəsinə təhvil verilməsi barədə Azərbaycan Ədliyyə Nazirliyinin təqdimatı üzrə məhkəmə prosesi keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, prosesdə Engin Said Dudunun öz ölkəsinə təhvil verilməsi barədə məsələ araşdırılıb.

Prosesdə danışan Engin Said Dudu axtarışda olmasının səbəbini deyib: "Bizdə qan davası vardı. 2008-ci ildə universitetdən çıxanda mənə hücum olundu. Mən də vurdum. Mənə qarşı qəsdən sağlamlığa ağır zərərvurma ilə bağlı cinayət işi başlandı. Barəmdə həbs qəti imkan tədbiri seçilmədi. Lakin məhkəmə qərarı ilə barəmdə 3 il 4 ay müddətinə şərti həbs cəzası verildi. Qan davalı olduqlarım məni izləyirdilər. Ona görə Azərbaycana qaçdım. Burada ailə qurmuşam. 7 aylıq körpəm var".

Təqsirləndirilən şəxs bildirib ki, artıq onun işi ilə bağlı Türkiyədə amnistiya aktı imzalanıb: "Türkiyəyə getmək istəyirəm. Bilet alıb hava limanına getdim. Ailəm Türkiyədədir. Tez bir zamanda Türkiyəyə getmək istəyirəm. Ekstradisiya olunmağımla bağlı qərar çıxarılmasını xahiş edirəm".

Prosesdə qərar elan edilib. Qərara əsasən, Engin Said Dudu öz ölkəsinə ekstradisiya ediləcək.

32 yaşlı Dudu Engin Heydər Əliyev Beynəlxalq Hava Limanında xaricə getmək istəyən zaman saxlanılıb. O, Türkiyədə axtarışda olub və 6 ildir ki, beynəlxalq axtarışdadır.

Milli.Az


Tags:  Qan davasına Azərbaycana qaçan türkiyəli Məni axtarırdılar

RƏYLƏR


Top news