Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

"Bu şəhərdə" film çəkəcək

"Bu şəhərdə" film çəkəcək

Date: 21 October 2016 14:17

"Bu şəhərdə" komandası film çəkəcək. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu haqda ssenarist Müşviq Abbasov "Nəsib olsa" verilişində deyib. 

O, çəkilişlərin yayda başlayacağını bildirib:

"Çoxdandır belə planımız var. Amma vaxtımız olmur. Noyabrda Bakıda konsert verib, dekabrda Naxçıvanda çıxış edəcəyik. Daha sonra mart konsertinə hazırlıq başlayacaq. Ssenarimiz neçə ildir, hazırdır. Nəhayət, bu yay onu reallaşdırmağı düşünürük. Bizim çörəyimiz güldürməkdən çıxır. Elə yeni filmimiz də komediya janrında olacaq".

Qeyd edək ki, "Bu şəhərdə"nin aktyorları əməkdar artistlər Coşqun Rəhimov və Rafael İsgəndərovdur.

Milli.Az


Tags:  şəhərdə film çəkəcək


RƏYLƏR


Top news