Oğlan sevgilisini xırda səbəbə görə bu hala saldı - FOTOlar

Oğlan sevgilisini xırda səbəbə görə bu hala saldı - FOTOlar
14:22 21 Oktyabr 2016
1542 Dünya
Ölkə mətbuatı
A- A+

Şotlandiyada sevgilisinə 4 saat ərzində işgəncə verən oğlana 21 aylıq həbs cəzası verilib.

Milli.Az bildirir ki, "Mirror"da yayılan xəbərə görə, 18 yaşlı Kelsie Skillen sevgilisi tərəfindən xırda səbəbə görə "çırpılıb". Belə ki, o, sevgilisi ilə birlikdə gecə klubunda əylənib. Oğlan çıxışda qızdan siqaret istəyib. Qız sevgilsinin siqaret qutusu və jaketini masanın üzərində yaddan çıxartdığını xatırlayıb. Sevgilisi ondan təcili siqaret tapmağı tələb edib. Qız isə onun əmrinə tabe olmayıb. Bundan əsəbləşən oğlan onu evə apararaq döyüb. O, qızı evdə bağlayaraq 4 saat işgəncə verib. 

Qız 4 saat döyüldükdən sonra anasına xəbər verməyə fürsət tapıb. Qadın polisə xəbər verib. Oğlan saxlanılıb. O, 21 ay azadlıqdan məhrum edilib.

Milli.Az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/481765.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR