Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"4 gündür cəzaçəkmə müəssisəsində idik" - İlkin Həsəni

"4 gündür cəzaçəkmə müəssisəsində idik" -  İlkin Həsəni

Date: 21 October 2016 14:26

“Bozbash pictures” komandasının lentə aldığı “Stalinin başı” filmi məhbuslar üçün nümayiş olunacaq.

Axşam.az-ın məlumatına görə, bu haqda aktyor İlkin Həsəni xəbər verib. O, çəkilişlərin bir qisminin həbsxanada aparıldığını bildirib:

“4 gündür cəzaçəkmə müəssisələrindən birində çəkilişdə idik. Filmimizin növbəti çəkiliş məkanı bura idi. Çəkiliş üçün burada yaradılan şəraitə görə hər kəsə təşəkkür edirik. Söz veririəm, martda “Stalinin başı” komediyasının eksklüziv baxışı müəssisə məhbusları ilə birlikdə olacaq”.

Qeyd edək ki, filmdə aktyorlar İlkin Həsəni, Elşən Orucov, Azər Baxşəliyev, Nicat Rəhimov, Ramil Babayev, İlkin Misgərli və başqaları rol alıb. 


Tags:  gündür cəzaçəkmə müəssisəsində idik İlkin Həsəni

RƏYLƏR


Top news