Putin Təhlükəsizlik Şurasını təcili topladı

Putin Təhlükəsizlik Şurasını təcili topladı
14:28 21 Oktyabr 2016
79 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının müşavirəsini keçirib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

Müşavirədə Hələb və Mosul ətrafındakı vəziyyət, həmçinin Ukrayna böhranının nizama salınması prosesi müzakirə edilib. Peskovun sözlərinə görə, bundan başqa müşavirənin iştirakçıları Mosul əməliyyatının nəticəsi olaraq terrorçuların Suriya ərazisinə mümkün axını barədə narahatlığını bildiriblər.

Mətbuat katibinin sözlərinə görə, müşavirədə Rusiyanın daxili gündəliyi, həmçinin ictimai-iqtisadi məsələlər müzakirə edilib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/173012.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR