Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Özbəkistanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar Azərbaycanda seçki məntəqəsi açılacaq

Özbəkistanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar Azərbaycanda seçki məntəqəsi açılacaq

Date: 21 October 2016 14:32

Bakı. 21 oktyabr. REPORT.AZ/ Özbəkistanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar dekabrın 4-də Özbəkistanın Azərbaycandakı səfirliyində seçki məntəqəsi açılacaq.
"Report" xəbər verir ki, bu barədə Özbəkistanda baş tutacaq prezident seçkiləri ilə bağlı keçirilən brifinqdə bu ölkənin Azərbaycandakı səfirliyinin müşaviri Cahangir Aminov məlumat verib.
Onun sözlərinə görə, səfirlikdə fəaliyyət göstərəcək 5 nömrəli seçki məntəqəsi səhər saat 06:00-da açılacaq və axşam saat 20:00-da bağlanacaq.
Müşavir səfirliyin konsulluq qeydiyyatında 400-dən çox adamın olduğunu deyib: "Gürcüstanda səfirliyimiz olmadığından orada yaşayan vətəndaşlarımız da Bakıda səs verə bilərlər. Eyni zamanda, həmin vaxt Azərbaycanda olacaq Özbəkistan vətəndaşları və özbək turistlər də səfirlikdə səs verə biləcəklər. Bizim seçki məntəqəmizdə seçici fəallığı demək olar həmişə 100% olur".
Diplomat əlavə edib ki, Özbəkistan Mərkəzi Seçki Komissiyası seçkiləri müşahidə etmək üçün beynəlxalq təşkilatlara dəvət göndərib: "ATƏT DTİHB, MDB, ŞƏT kimi beynəlxalq təşkilatlara dəvətnamə göndərilib. Eyni zamanda, MSK xətti ilə Azərbaycana da dəvət göndərilib".
C.Aminov Özbəkistanın 4 əsas partiyasının hamısının namizədlərini irəli sürdüklərini söyləyib: "Ən gənc namizəd olan Sərvər Atamuradov "Milli Tiklaniş" Partiyasından, Siyasi Şurasının sədri Nəriman Umarov Sosial-Demokrat Partiyasından, Hətəmjon Ketmonov Demokrat Partiyasından, prezident vəzifələrini müvəqqəti icra edən Şövkət Mirzəyev isə Liberal-Demokratlar Partiyasından namizəd kimi qeydə alınıb".
Müşavirin sözlərinə görə, təşviqat kampaniyası oktyabrın 30-da başlayacaq və səsvermə gününə qədər davam edəcək.

Tags:  Özbəkistanda keçiriləcək prezident seçkiləri əlaqədar Azərbaycanda seçki məntəqəsi açılacaq

RƏYLƏR


Top news