"Qarabağ"ın futbolçusu Avroliqanın ən yaxşısı seçilə bilər - FOTOLAR

"Qarabağ"ın futbolçusu Avroliqanın ən yaxşısı seçilə bilər -   FOTOLAR
14:37 21 Oktyabr 2016
53 İdman
Ölkə mətbuatı
A- A+

Avropa Liqasının qrup mərhələsinin III turu çərçivəsində Bakıda keçirilmiş "Qarabağ" - PAOK matçının (2:0) ən yaxşı futbolçusu müəyyənləşib. Fanat.Az xəbər verir ki, UEFA-nın rəsmi saytında aparılmış sorğunun nəticələrinə görə, bu, Ağdam klubunun yarımmüdafiəçisi Dani Kintana olub.


Bu matçdakı ilk qolunu müəllifi olan ispaniyalı hücumçu eyni zamanda Avroliqada III turun da ən yaxşısı seçilə bilər. Hazırda UEFA-nın rəsmi saytında bununla bağlı müvafiq sorğu keçirilir. 


Dani ilə yanaşı, bu sorğuda daha yeddi futbolçu iştirak edir. Onların arasında "Mançester Yunayted"in futbolçusu Pol Poqba və "İnter"dən Antonio Kandreva da var.


Paul Poqba (Mançester Yunayted)

Antonio Kandreva (İnter)

Raul Rusesku (Osmanlıspor)

Viktor İborba (Panatinaikos)

Yevgeni Konoplyanko (Şalke 04)

Nikola Kaliniç (Fiorentina)

Dani Kintana (Qarabağ) 

Kevin Monnet-Payet (Sent-Etyenn)






Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqarabaquotn-futbolcusu-avroliqann-n-yaxs-secil-bilr-t53518.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR