Azərbaycanda keçirilən "Mütəllim Oyunları": Nazirlik hara baxır?

Azərbaycanda keçirilən "Mütəllim Oyunları":   Nazirlik hara baxır?
14:37 21 Oktyabr 2016
50 İdman
Ölkə mətbuatı
A- A+

Noyabrın 23-27-də Gənclər və İdman Nazirliyinin 2016-cı il üçün vahid idman təqvim planına əsasən ağır atletika üzrə 2003-2004 təvəllüdlü idmançılar arasında Gəncədə yarış keçiriləcək.


Yarışlara Uşaq Gənclər və İdman Mərkəzləri, cəmiyyət, klub və Olimpiya idman komplekslərinin komandaları buraxılır. Yarışda iştirak edəcək komandaların heyəti 16 idmançı və 2 məşqçidən ibarət olmalıdır. İştirak edəcək çəki dərəcələri bunlardır: 26, 30, 34, 38, 42, 46, 50, 53, 56, 59, 62, 66, 69, 73, 77, 81 kq (hər çəkidə 1 nəfər olmaqla). Yarışlarda iştirak edəcək komandaların nəqliyyat və yolda yemək xərcləri ezam edən təşkilatın, digər xərclər isə nazirliyin hesabına ödəniləcək.


Sport7.Az bu yarışın keçirilməsində baş verən "maxinasiyalar" haqda məlumat əldə edib. Məsələ burasındadır ki, 12-13 yaşlılar arasında keçirilən yarışda 16 çəki dərəcəsində mübarizə aparılacaq. 13 yaşlı uşağın 60 kq çəki dərəcəsindən yuxarı olması çox nadir görünən hadisələrdəndir.


Üstəlik, beynəlxalq və yerli qaydalara görə, bu çəki dərəcələrindən yalnız 50, 56, 62, 69 və 77 kq qanunidir. Digər çəkilər isə əsasnamə qaydalarına görə keçirilə bilməz. Onda sual doğur. Bu çəki dərəcələrinin ora salınması kimə sərf edir?


Araşdırmamız əsasında müəyyən edə bilmişik ki, belə bir yarışlar nazirlikdə və Ağır Atletika Federasiyasında "Mütəllim Oyunları" kimi xarakterizə olunur. Bəs bu Mütəllim kimdir? Mütəllim Həsənov Gənclər və İdman Nazirliyində idman məktəbləri sektorunun müdiridir. Məhz məktəblilər arasında belə yarışların keçirilməsi onun təşəbbüsü ilə baş tutur. Mütəllim Həsənov belə yarışlardan kifayət qədər pul qazanır.


Nazirlər Kabinetinin qərarına əsasən Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində ezamiyyə xərclərinin 1 günlük norması 50 manat təşkil edir. 5 günlük yarış 1 idmançı üçün 250 manat edir.


Bu yarışın nizamnaməsindən isə belə başa düşmək olur ki, hər çəkidə 1 idmançının olması şərtdir. Bu isə o deməkdir ki, hər komandada 16 idmançı olacaq. 16 idmançının oteldə məskunlaşmaq xərci edir - 4000 manat. Üstəgəl, 2 məşqçinin bu 5 gün içərisində ezamiyyə xərci 500 manat təşkil edir. Deməli, hər komanda üçün nazirlik 4500 manat ezamiyyə xərci ödəməlidir. Komandaların sayının maksimum 10 olacağını nəzərə alsaq, bu rəqəm 45 minə gəlib çıxır! Mütəllim Həsənov yığılan hər komanda üçün məhz nazirlikdən 4500 manat ezamiyyə xərci alır.


Məsələ burasındadır ki, komandaların hamısı bütün çəki dərəcələrində təmsil olunmur. Məsələn, komanda 10 idmançı ilə iştirak edirsə, qalan idmançılara görə alınmış ezamiyyə xərcləri Mütəllim Həsənovun cibinə gedir. Hər komanda 16 yox, 10 idmançı ilə təmsil olunsa, Həsənov 1500 manat irəli düşür.


Əslində Həsənov bunun üçün bəzi komandalarla işbirliyinə də gedir. Belə ki, o, komandalarda ağır çəkili 12-13 yaşlı idmançıların olmadığını və ya olmasının qeyri-mümkünlüyünü anlayaraq bəzi uşaqları bu komandaların tərkibində göstərir. Bunun üçün onun işbirlikçisi də var. Bu yarışlara mütəmadi olaraq Oqtay Muxtarov adlı hakim təyinat alır. Halbuki həmin hakimin təyinatı Ağır Atletika Hakimlər Kollegiyası tərəfindən yox, məhz Mütəllim Həsənov tərəfindən təsdiqlənir. Bu hakim isə ağır atletikaya aidiyyəti olmayan uşaqların bu komandaların tərkibində göstərilməsinə dair qərar verir. Beləcə, rəsmi sənədlərdə bütün komandaların tam tərkiblə yarışlara qatıldığı görünür. Əslində isə hər şey göründüyü kimi deyil.


Qeyd edək ki, artıq nazirlikdə də Mütəllim Həsənovun bu kimi qanunsuz əməllərindən duyuq düşüblər. Hazırda onun işdən çıxarılması söhbəti belə gedir.


Sonda onu da bildirək ki, bu məsələ ilə bağlı qarşı tərəfin fikirlərini dərc etməyə hazırıq.



RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Bakıda məşhur hind aktyoru ilə görüş keçirildi

28 İyun 2017 20:14

Qəribə toy adətləri: Ana toy gecəsi yatağın yanında oturur - FOTO

28 İyun 2017 20:12

"Əl-Qaidə" silahlıları BMT-nin Liviyadakı missiyasının üzvünü girov götürüb

28 İyun 2017 20:07

Təyyarədə dünyaya gələn körpə - VİDEO

28 İyun 2017 20:05

Gəzintiyə çıxan Ledi Qaqa gülüş hədəfi oldu - FOTO

28 İyun 2017 19:57

Konfederasiyalar Kubokunda ilk finalçı müəyyənləşəcək:

28 İyun 2017 19:57

Oturuşunuz xarakterinizdən xəbər verir - FOTO

28 İyun 2017 19:52

ABŞ odla oynayır - İran rəsmisi

28 İyun 2017 19:48

"Qəbələ" klubu şotlandiyalı futbolçunu icarəyə götürüb

28 İyun 2017 19:47

Qəbizlikdən xilas edən, ürəyi qoruyan MEYVƏ

28 İyun 2017 19:47

Dörd əlli, dörd ayaqlı uşaq doğuldu

28 İyun 2017 19:42

Bakıda dənizdə batmaq təhlükəsi ilə üzləşmiş şəxs xilas edilib

28 İyun 2017 19:37

Bakıda dənizdə boğulmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib

28 İyun 2017 19:37

Xəzərdə bir nəfər boğulmaqdan xilas edilib

28 İyun 2017 19:34

Hülya Avşar: "Qadın istəmədiyi zaman xəyanətə uğramaz”

28 İyun 2017 19:33

"Bəyin oğurlanması" filminin Gülbadamı: "Ağır xəstəyəm, tək yaşayıram" - FOTO

28 İyun 2017 19:32

Fatma Mahmudova: "Elə bilirlər ki, başım keçəldir" - FOTO

28 İyun 2017 19:27

AŞ PA-nın yay sessiyasının üçüncü iş gününda qaçqın və məcburi köçkünlərin problemləri müzakirə edilib

28 İyun 2017 19:27

"Belə festivallar ölkələr arasında dostluq əlaqələrini daha da möhkəmləndirir"

28 İyun 2017 19:22

Azərbaycanlı aktyor: "Mətanət çəkiliş meydançasında hönkürüb ağladı" - FOTO

28 İyun 2017 19:17

Suriyada hava hücumu:

28 İyun 2017 19:17

Cəlilabadda mağaza yandı

28 İyun 2017 19:13

SOCAR əməkdaşları seysmik kəşfiyyat işləri apararkən xəsarət alıblar

28 İyun 2017 19:12

Naz yarıçılpaq küçədə gəzdi, təhqir olundu

28 İyun 2017 19:12

"Real"dan Ronaldo açıqlaması: gedir, yoxsa qalır?

28 İyun 2017 19:07

Mahsun Kırmızıgülün ailəvi istirahəti - FOTO

28 İyun 2017 19:05

Beynəlxalq koalisiyanın Suriyaya endirdiyi hava zərbəsi nəticəsində 50 dinc sakin həlak olub

28 İyun 2017 18:57

İran rəsmisi: "ABŞ-ın Suriyada macəra axtarışı odla oynamağa bənzəyir"

28 İyun 2017 18:57

"Səbail"in kapitanı kim olacaq?

28 İyun 2017 18:57

"Barselona"nın transfer bombası

28 İyun 2017 18:57

İnternetdə tanış olduğu qadına görə... - FOTO

28 İyun 2017 18:53

Sevgilisi ilə birləşib ərini öldürdü - Facebookda status yazıbmış - FOTO

28 İyun 2017 18:52

Azərbaycan nümayəndə heyəti üzvünün hazırladığı sənəd Avropa Şurasında nəşr edilib

28 İyun 2017 18:37

Cəlilabadda yanğın olub

28 İyun 2017 18:36

SOCAR-ın qayığı qəzaya uğradı: Xəsarət alanlar var

28 İyun 2017 18:32

Dünyanı məhvə aparan dərman qadağan edilir

28 İyun 2017 18:32

ÜAK-ın apelyasiya şikayətinə baxılacağı tarix bilindi

28 İyun 2017 18:29

Keniyada terror aktı

28 İyun 2017 18:28

Şeyxin qudası pivə içən molladan DANIŞDI - "Məkkədə "həci pivəsi" görmüşəm"

28 İyun 2017 18:27

Milyarderlərin yaşadığı 15 şəhər -SİYAHI

28 İyun 2017 18:24

Messinin toyunu 200-ə yaxın mühafizəçi qoruyacaq

28 İyun 2017 18:22

Çimərlikdə suya girəndə ehtiyatlı olun - TƏHLÜKƏ

28 İyun 2017 18:18

Qadın və kişilərə PİS XƏBƏR

28 İyun 2017 18:14

Əmisinin arvadını evə kişi çağırdığı üçün öldürdü - "Namusumu təmizlədim" - VİDEO - FOTO

28 İyun 2017 18:12

Nazirlik: Meşələrin qanunsuz kəsilməsi ilə bağlı kadrlar təhrif olunmuş videogörüntüdür

28 İyun 2017 18:08

Cinsi əlaqədən sonra iflic oldu

28 İyun 2017 18:08

Ağ çimərlik geyimi ilə göz oxşadı - FOTO

28 İyun 2017 18:05

İsveçrədə muğam axşamı

28 İyun 2017 18:05

Qətərə qarşı yeni iqtisadi

28 İyun 2017 17:59

Aslanlar avtomobil yolunu belə bağladı - VİDEO

28 İyun 2017 17:53