“Əl-Fəcr” qəzeti Naxçıvandan yazıb

“Əl-Fəcr” qəzeti Naxçıvandan yazıb
14:39 21 Oktyabr 2016
46 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın BƏƏ-dəki səfirliyinin təşəbbüsü ilə, bu ölkənin tanınmış “Əl-Fəcr” qəzetinin baş redaktoru Şərif Əl-Bəsil Azərbaycanda səfərdə olub. Lent.az-ın məlumatına görə, səfərdən sonra baş redaktorun ölkəmiz haqqında silsilə məqalələri çərçivəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Əli Həsənovla müsahibəsi (http://www.alfajr-news.net/node/122438) qəzetin çap və elektron nüsxələrində işıq üzü görüb.

Müsahibəsində Aparat rəhbəri Naxçıvanın tarixi və coğrafiyası haqqında ətraflı bəhs edib.

Ə.Həsənov əsasını Heydər Əliyevin qoyduğu və bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən inkişaf kursunun Azərbaycanın digər yerlərində olduğu kimi, muxtar respublikada da özünü qabarıq şəkildə büruzə verdiyinə diqqət çəkib. Əlavə edib ki, bunun məntiqi nəticəsidir ki, Naxçıvanda da sürətlə inkişafda olan turizm sektoru daxil olmaqla, hərtərəfli çiçəklənmə baş verir, il ərzində muxtar respublikaya 450 min turist səfər edir və bu da Naxçıvanı özünəməxsus turizm mərkəzinə çevirir.

Davamı olaraq, Naxçıvan rəsmisi respublikanın ərazisində 60 dünya əhəmiyyətli tarixi-mədəniyyət abidəsinin yerləşdiyi barədə məlumat verərək, bu abidələrin əksəriyyətinin eramızdan əvvəlki dövrə təsadüf etdiyini önə çəkib və yay aylarında ayrı-ayrı ərazilərdə havanın hərarətini müqayisə edib. Bu xüsusda, qeyd edilib ki, Naxçıvan və bəzi şəhər və rayonlarda yayda istinin hərarəti 40 dərəcəyə çatdığı halda, 65 km aralıqda yerləşən Batabat yaylasında havanın hərarəti cəmi 18 dərəcə səviyyəsindədir ki, bu da möcüzə sayılır. Digər möcüzə isə yaylada mövcud eyniadlı gölün üzərində günəşin hərəkəti ilə üzən adadır.

Naxçıvanda əmin-amanlıq və sabitliyin hökm sürdüyünü vurğulayan Ə.Həsənov insanların günün istənilən vaxtı küçələrdə sərbəst hərəkət etdiklərini, evlərin qapılarının heç vaxt cəftələnmədiyini qabardaraq, muxtar respublikanın, tətil və məzuniyyətlərini qəlbləri fəth edən füsunkar və sehrli təbiət və hava şəraitində keçirmək arzusunda olan və eyni mədəniyyətə mənsub və oxşar adət-ənənələrə malik çox sayda ərəb turisti qəbul etməyə hazır olduğunu və turistlərin istirahətinin müxtəlifliyi üçün hər cür şəraitin yaradıldığını və zövqlərinə uyğun təamların təqdim edildiyini Ş.Əl-Bəsilin nəzərinə çatdırıb.

Sonra Aparat rəhbəri müalicəvi turizmə toxunarkən muxtar respublikada yüksək beynəlxalq standartlara cavab verən peşəkar müalicə xidmətləri təqdim edən ixtisaslaşdırılmış sağlamlıq mərkəzlərinin fəaliyyət göstərdiyini qabardıb. Davamı olaraq, qəzetin baş redaktorunun diqqəti Duzdağ Fizioterapiya Mərkəzinə yönəldilərək, bu şəfa ocağının dünya xəritəsində öncül yerlərdə qərarlaşdığı, burada dərmansız bronxial-astma, allergik rinosinusopatiya və tənəffüs aparatına aid digər xəstəliklərin müalicə olunduğu deyilib, münasib qiymətlərə olan müalicə kursunun peşəkar komanda tərəfindən yüksək səviyyədə aparıldığı vurğulanıb.

Naxçıvana investisiya qoyuluşu üçün imkanlarla bağlı sualı cavablandıran Ə.Həsənov BƏƏ, Körfəz və digər ərəb sərmayədarlarını tərəflərin maraqlarına uyğun investisiya qoyuluşuna və muxtar respublikada gedən geniş inkişaf prosesində iştirak etməyə dəvət edərək, Azərbaycan Prezidenti cənab İlham Əliyevin xarici investisiyaların təşviqi amacı ilə qərarının önəmini qeyd edib və onlara hökumət zəmanəti ilə bərabər, vergi və gömrük güzəştlərinin ediləcəyini bəyan edib.

İnvestisiya sahələrinə gəlincə, burada Aparat rəhbəri müxtəlif ulduzlu mehmanxanaların, turizm və müalicəvi turizm obyektlərinin inşası, eləcə də mineral suların istehsalı, dərman preparatları sənayesi, heyvandarlıq, xalçaçılıq kimi sektorların adını çəkib və sadaladığı sahələrin hamısının perspektivli olduğunu özəlliklə qeyd edib. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Cenevrədə Suriya üzrə növbəti danışıqlar sentyabrın əvvəlində başlayacaq

18 Avqust 2017 07:17

İspaniyada yaralanmış 5-ci terrorçu da öldü

18 Avqust 2017 07:09

Mineral su içməyin faydaları

18 Avqust 2017 07:03

"Ericsson" 25 minədək işçisini ixtisar edəcək

18 Avqust 2017 06:38

Barselonadakı terrorçu sürücü hələ də azadlıqdadır

18 Avqust 2017 06:34

Barselonada terror aktında yaralananların sayı 119-a çatıb, hadisəni törədən sürücü tapılmayıb

18 Avqust 2017 06:32

Konqoda 40 nəfər sürüşmənin qurbanı olub

18 Avqust 2017 06:07

Taxtadan bikini, radiolu şapka... - insanlara heç bir faydası olmayan 15 ANLAMSIZ KƏŞF

18 Avqust 2017 06:03

"Titanik"in qəhrəmanları 20 il sonra bir arada

18 Avqust 2017 05:49

"Dembele və Koutinyonu transfer etməyə yaxınıq" - "Barselona" rəsmisi

18 Avqust 2017 05:33

Polşadan Azərbaycana velosipedlə gəldi – VİDEO

18 Avqust 2017 05:03

İspaniyada növbəti terror aktı törətməyi planlaşdıran silahlılar zərərsizləşdirilib

18 Avqust 2017 04:52

Barselonada 18 ölkədən azı 100 nəfər yaralanıb

18 Avqust 2017 04:34

12 yaşlı oğlan yol qəzasının qurbanı oldu

18 Avqust 2017 04:33

Avropa Liqası: "Fənərbaxça" uduzdu

18 Avqust 2017 04:29

Sinəsi açılan aktrisa pis vəziyyətə düşdü - FOTOLAR

18 Avqust 2017 04:03

Barselonada törədilmiş terror aktında 18 ölkənin vətəndaşları xəsarət alıb

18 Avqust 2017 04:02

İspaniyada iki partlayış: ölən və yaralananlar var

18 Avqust 2017 03:49

İspaniyanın Alkanar şəhərində növbəti partlayış olub, xəsarət alanlar var

18 Avqust 2017 03:47

Təminat verirəm ki, müharibə olmayacaq - Cənubi Koreya lideri

18 Avqust 2017 03:33

Barselonada atışma zamanı 2 polis yaralandı

18 Avqust 2017 03:29

Bakıda toy mərasimində qohumlar arasında dava olub: xəsarət alan var

18 Avqust 2017 03:12

Bu ilin ən yaxşı baş məşqçisi Londonda açıqlanacaq

18 Avqust 2017 03:03

Neqativ emosiyaların mənfi qarşılanması psixi sağlamlığın pozulmasına səbəb olur

18 Avqust 2017 02:33

Türkiyədə PKK terrorçuları ilə atışma olub: ölən var

18 Avqust 2017 02:22

Sabirabadda bıçaqlanma

18 Avqust 2017 02:19

Barselonada şübhəli bilinən terrorçulardan biri məhv edilib

18 Avqust 2017 02:10

Qalaaltı sanatoriyasına gələn turistlərin sayı 40 FAİZ ARTIB

18 Avqust 2017 02:03

Neftçala sakinindən narkotik vasitələr götürüldü

18 Avqust 2017 01:59

Bakı-Tbilisi-Ceyhan üzrə əsaslı xərclər 2,6 dəfə azalıb

18 Avqust 2017 01:38

Azərbaycan məhsulları “Worldfood Moscow” beynəlxalq ərzaq sərgisində təqdim olunacaq

18 Avqust 2017 01:37

Azərbaycan dili “Google” səsli axtarış sisteminə daxil edildi

18 Avqust 2017 01:33

Avroliqada "pley-off" mərhələsinin ilk oyunlarına yekun vurulub - NƏTİCƏLƏR

18 Avqust 2017 01:32

Ən yaxşı adına 24 namizəd - FİFA açıqladı

18 Avqust 2017 01:17

Türkiyədə meşədə güclü yanğın

18 Avqust 2017 01:14

Barselonada teraktdan sonra iki nəfər həbs edildi

18 Avqust 2017 00:54

Viktor Valdes futboldan getdi

18 Avqust 2017 00:48

Vanqanın 2017-ci ildən sonra üçün DƏHŞƏTLİ PROQNOZlARI - 2018, 2023, 2028... - VİDEO

18 Avqust 2017 00:43

Kataloniya hökuməti ölkədə 3 günlük matəm elan edib

18 Avqust 2017 00:42

Sakindən 3,2 kq marixuana götürüldü

18 Avqust 2017 00:34

Rusiya Dağlıq Qarabağ münaqişəsinə xüsusi diqqət ayırır -

18 Avqust 2017 00:31

Barselonada baş verənlər nefti bahalaşdırdı

18 Avqust 2017 00:28

“Tavriya”nın vurduğu uşaq öldü

18 Avqust 2017 00:19

Almaniyada 22 min nəfər təcili təxliyyə olundu -

18 Avqust 2017 00:14

İŞİD Barselonadakı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb

18 Avqust 2017 00:09

Astroloji proqnoz - 18 avqust

18 Avqust 2017 00:08

Bakıda qeyri-adi mağaza: Burada kitablar 20 qəpiyə satılır – VİDEO

17 Avqust 2017 23:58

İspaniyadakı teraktı İŞİD törədibmiş

17 Avqust 2017 23:49

Təminat verirəm ki, müharibə olmayacaq -

17 Avqust 2017 23:48

Bakıda marketdə yanğın olub

17 Avqust 2017 23:42