Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

PAOK-un müdafiəçisi: "Oyunun sonlarında gücümüz tükəndi"

PAOK-un müdafiəçisi: "Oyunun sonlarında gücümüz tükəndi"

Date: 21 October 2016 14:47

"Oyuna yaxşı başlamışdıq. Amma ilk hissədəki tempi fasilədən sonra qoruya bilmədik".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu PAOK-un mərkəz müdafiəçisi Xose Anxel Krespo deyib.

Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"ın qonağı olan Yunanıstan klubu Bakını 0:2 hesablı məğlubiyyətlə tərk edib. Görüşlə bağlı yerli mətbuata açıqlama verən Krespo məğlubiyyətin səbəbini açıqlayıb.
 
İspaniyalı futbolçu fiziki cəhətdən çatdırmadıqlarını etiraf edib: "Birinci hissə istədiyimiz kimi keçdi. Fernando Varela ilə birlikdə müdafiədə yaxşı çıxış etdim. Hücumçularımız da ön xətdə pressinq tətbiq edərək, rəqibə üzərimizə çox gəlmək imkanı vermədilər. Amma ikinci hissədə getdikcə tempə ayaq uydurmaqda çətinlik çəkdik. Oyunun sonlarında isə gücümüz tükəndi. Təbii ki, bu nəticəyə üzülürük. Amma heç nə itirilməyib. "Qarabağ"la öz meydanımızda da qarşılaşacağıq. Vəziyyəti düzəltmək imkanımız var".
 
Qeyd edək ki, 3 turdan sonra J qrupunda 2-3-cü yerləri bölüşən "Qarabağ"la PAOK-un aktivində 4 xal var. Bu komandalar arasında növbəti qarşılaşma noyabrın 3-də baş tutacaq.

Milli.Az


Tags:  PAOK-un müdafiəçisi Oyunun sonlarında gücümüz tükəndi

RƏYLƏR


Top news