Cavid Qurbanov: "Azərbaycan vətəndaşlarının banklardan asılılığını zəiflətmək lazımdır"

Cavid Qurbanov: "Azərbaycan vətəndaşlarının banklardan asılılığını zəiflətmək lazımdır"
14:52 21 Oktyabr 2016
55 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərbaycan vətəndaşlarının banklardan asılılığını zəiflətmək və əksinə, bankların vətəndaşlardan asılılığını artırmaq lazımdır".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

Onun sözlərinə görə, devalvasiyadan qorxmaq lazım deyil, sadəcə əmək haqlarını artırmaq lazımdır ki, insanların həyatı yaxşılaşsın.

C.Qurbanov hesab edir ki, vergi sistemində ciddi islahatlar aparmaq və vergi bazasını genişləndirmək lazımdır: "Onu (vergi siyasətini) sərtləşdirmək lazımdır. Hamı vergi ödəməlidir, lakin əhalinin bəzi təbəqələri üçün vergi dərəcələrini yüngülləşdirmək lazımdır ki, insanlar gəlirlərinə uyğun vergi ödəsinlər".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/481786.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR