UEFA prezidenti: "Azarkeşlər üçün Azərbaycana gəlmək problem deyil"

UEFA prezidenti: "Azarkeşlər üçün Azərbaycana gəlmək problem deyil"
15:02 21 Oktyabr 2016
44 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 21 oktyabr. REPORT.AZ/ "Portuqaliyadan Azərbaycana getmək, misal üçün, Nyu-Yorka getmək kimi bir şeydir".
"Report"un "The Guardian"a istinadən verdiyi məlumata görə, bunu UEFA prezidenti Aleksandr Çeferin Çempionlar Liqasının final maçtının gələcəkdə Avropadan kənarda keçirilməsinin mümkünlüyü ilə bağlı danışarkən deyib.
O, bildirib ki, Avropanın bəzi ölkələri arasında məsafə çox olduğundan, bu cür addım atmaq mümkündür: "Azarkeşlər üçün bu, əlbəttə, problem deyil, amma görək necə olur?! Çempionlar Liqası Avropa miqyaslı yarışıdır və ona görə də məsələni ciddi götür-qoy etmək lazımdır".
A.Çeferin bunun üçün başqa bazarlar barədə düşünməyin lazım olduğunu bildirib: "Bunu necə edəcəyimizi hələ bilmirəm. Çin maliyyə baxımından inkişaf etmiş bir ölkədir, Amerika isə o qədər də yox. Ancaq futbol hər yerdə inkişaf edir".
Qeyd edək ki, 2016/2017 mövsümünün finalı 2017-ci il iyunun 3-də Uelsin Kardif şəhərindəki "Milenyum" stadionunda keçiriləcək.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/cempionlar-liqasinin-finali-avropadan-kenarda-kecirile-bile

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR