“Onlar bilərəkdən o itkilərə qol çəkiblər”

“Onlar bilərəkdən o itkilərə qol çəkiblər”
15:08 21 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

“Bank Standart”ın qorunan əmanətləri kompensasiya edilir. Qorunan əmanətlər qanuna müvafiq olaraq 100% həcmində kompensasiya olunur. Qorunmayan əmanətlərə gəlincə, həmin insanlar şüurlu surətdə buna qol çəkiblər”.

Publika.az xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Kredit Büroları haqqında” qanunun müzakirəsi zamanı deyib: “Məsələn, bankda “Uşaq əmanəti”nə görə ildə 20% xarici valyutada faiz ödənilib. Deyirsiniz ki, biznesmenlər yuxarı faizlə kredit ala bilmir. Bəli, iqtisadiyyat xarici valyutada 20%-i generasiya etmək iqtidarında deyil, o qədər dəyər yaratmaq mümkün deyil. Bəri başdan bəllidir ki, bu 20%-lik depozit itəcək. Bu məbləğdə xarici valyutada faiz alan insanlar bilərəkdən o itkilərə qol çəkiblər. Gəlin razılaşaq ki, 100 min dollar əmanətə malik şəxs maliyyə cəhətdən savadsız sayıla bilməz. 100 min dolları qazanmağı bacarmaq lazımdır. Ona görə də mən burada dövlət tərəfindən sosial ədalətin pozulması ittihamını qəbul edə bilmərəm. Çünki, orada olan əmanətçilərin hamısını az qala şəxsən tanıyıram. Bu gün "Standard Bank"da 262 min bank hesabı, 158 min əmanətçi var. Təxminən 15 minə qədər əmanətçi məhz sizin dediyiniz əmanətçilərdir ki, bunların kompensasiyaları manatda ödənilir”.

İqtisadiyyat şöbəsi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gundem/173017.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR