Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dəbdə üzəngi effekti - FOTOLAR

Dəbdə üzəngi effekti - FOTOLAR

Date: 21 October 2016 15:18

Belə hesab edilir ki, həqiqətən əlverişli olan qış geyimləri dəbdə olmur, eyni ilə dadlı olmayan dərmanlar kimi. Lakin bu qayda həmişə keçərli deyil və istisnalar həmişə mövcuddur. Orijinallıq axtarışında olan dizaynerlər kolleksiyaları hazırlayanda bəzən insanların rahatlıq və sağlamlığını da nəzərə alır.

Publika.az-ın xəbər verir ki, bu payız dəb diktatorları rahatlığı seçib. Məsələn, sırıqlı kurtkalar, yumşaq sviterlərlə yanaşı balağı üzəngili şalvarlar da dədədir. Nyu-York, London, MilanParis Moda Həftələrində modapərəstlər göstərdi ki, havaların gözəl keçməsinə baxmayaraq, onlar qış trendlərini artıq mənimsəyiblər.

Üzəngili şalvarlar öz populyarlığını Demne Qvasaliyə borcludur. Bu şalvarları modelyer “Balenciaga” moda evi üçün hazırladığı ilk kolleksiyasında nümayiş etdirib. Bu şalvarların həcmli yaşıl parka və sırıqlı kurtkalarla vəhdəti mükəmməl alınmışdı. Konsuelo Kastilon isə “Marni” moda evinin yeni kolleksiyasının nümayişində üzəngili şalvarı yun və dəri kepkalarla tamamlamışdı.

Bu dəb tendensiyasında əsas detal əlbəttə ki, üzəngidir. Onu mütləq hündürdaban ayaqqabı ilə birləşdirmək lazımdır. Üzəngi detalı ayaqqabının dabanına keçirilir və gizlədilir. Bu isə ayağı vizual olaraq uzun göstərir. Ürəyinizcə deyilsə, üzəngini ayaqqabının altına keçirməyə də bilərsiniz.

Üzəngili şalvar dəbinə aid bir neçə nümunə təqdim edirik.

Aytən























Tags:  Dəbdə üzəngi effekti FOTOLAR

RƏYLƏR


Top news