Cərrah-onkoloqu Əziz Əliyev: “Baş-boyun xərçənginin əsas risk faktoru spirtli içkilər və siqaretdir”

Cərrah-onkoloqu Əziz Əliyev: “Baş-boyun xərçənginin əsas risk faktoru spirtli içkilər və siqaretdir”
15:27 21 Oktyabr 2016
129 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 21 oktyabr. REPORT.AZ/ Milli Onkologiya Mərkəzinin və Türk Tibbi Onkoloji Dərnəyi təşəbbüsü ilə Bakıda II Azərbaycan-Türkiyə Onkolojı Günləri başlayıb.
"Report" xəbər verir ki, tədbirdə Milli Onkologiya Mərkəzinin baş-boyun şişləri şöbəsinin cərrah-onkoloqu Əziz Əliyev, Azərbaycanın baş onkoloqu Azad Kərimli, Türk Tibbi Onkologiya Dərnəyinin rəhbəri Ahmet Özet və digər azərbaycanlı və türk mütəxəssislər iştirak edib.
Cərrah-onkoloqu Əziz Əliyev baş-boyun xərçənginin cərrahiyəsi barədə geniş məlumat verib. O bildirib ki, bu xəstəliyə tutulan xəstələrin üçdə biri ölür: "Baş-boyun xərçənginin əsas risk faktoru spirtli içkilər və siqaretdir. Bu xəstəlikdə şüa terapiya daha yaxşı effekt verir".
Baş onkoloq Azad Kərimli bildirib ki, xərçəng xəstəliyi bütün dünyada olduğu kimi Azərbaycanda geniş yayılıb: "Bu konfrans türkiyəli həkimlərlə keçirdiyimiz ikinci konfransdır. Bu konfrans sayəsində onlar bu sahədə gördüyü işləri, araşdırmaları bizimlə, biz isə onlarla bölüşürük. Bu digər konfranslarla bu konfransın fərqli cəhətidir".
Konfrans oktyabr ayının 23-dək davam edəcək.

Xəbərin orijinal ünvanı: http://report.az/sehiyye/cerrah-onkoloqu-eziz-eliyev-bas-boyun-xercengine-tutulan-xestelerin-ucde-biri-olur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR