Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dələduzluqda təqsirləndirilən şəxsə 8 İL

Dələduzluqda təqsirləndirilən şəxsə 8 İL

Date: 21 October 2016 15:34

Bu gün dələduzluqda təqsirləndirilən Natiq Eminovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Hakimlər kollegiyasının  hökmü ilə N.Eminov 8 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, N.Eminov bir neçə vətəndaşın etimadından sui-istifadə edərək onlardan pul alaraq verdiyi sözə əməl etməyib. Zərərçəkənlərin şikayəti əsasında polis tərəfindən saxlanan Natiq Eminova  178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.


Tags:  Dələduzluqda təqsirləndirilən şəxsə İL


RƏYLƏR


Top news