Simsiz şəbəkələrdə məlumatları saniyədə 1 terabit sürətlə ötürməyə imkan verən texnologiya hazırlanıb

Simsiz şəbəkələrdə məlumatları saniyədə 1 terabit sürətlə ötürməyə imkan verən texnologiya hazırlanıb
15:35 21 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Rays Universitetinin alimləri lazerlərin köməyi ilə qabaqcıl radioimpuls texnologiyası işləyib hazırlayıblar. Belə texnologiya əsasında məlumatları saniyədə 1 terabit (1 terabit 1 trilyon bit deməkdir) sürətlə ötürə bilən simsiz şəbəkə hazırlanacaq. Belə sürət hazırda “LTE” şəbəkəsi tərəfindən  təmin edilən sürətdən 20 min dəfə yüksəkdir.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, 2016-cı ildə “Cisco” şirkəti tərəfindən dərc edilmiş hesabata əsasən, 2016-cı ildə mobil trafikin həcmi 74% artaraq 30 milyon terabitə yaxınlaşıb və artmağa davam edir. Beləliklə, simsiz şəbəkələrin buraxılış qabiliyyətinin artması zaman məsələsidir.

Rays Universitetinin professoru Edvard Naytlinin sözlərinə görə, 1 terabitlik sürət həddinə nail olmaq son istifadəçilərin keyfiyyətli trafiklə təmini probleminin həllinə, yeni mobil xidmətlər dəsti yaratmağa imkan verəcək.

Məlumat üçün bildirək ki, Qulyelmo Markoni 1900-cü illərin əvvəllərində məlumatların ötürülməsi üçün ilk dəfə impuls texnologiyasından istifadə edib. O, sınaqlar zamanı böyük kondensatorla birləşdirilmiş antenadan yararlanıb. Kondensatorun elektrik tutumu boşaldıqda onun bütün enerjisi qısa impuls şəklində antenaya ötürülürdü.

Yeni texnologiya eyni prinsiplə işləyir.

Emil Hüseynov



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-43938-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR