Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Səfir: "Azərbaycan ilə Çexiya energetika və təhsil sahələrində anlaşma memorandumu imzalamağı planlaşdırır"

Səfir: "Azərbaycan ilə Çexiya energetika və təhsil sahələrində anlaşma memorandumu imzalamağı planlaşdırır"

Date: 21 October 2016 15:42

Bakı. 21 oktyabr. REPORT.AZ/ "Çexiya son altı il ərzində Azərbaycana təxminən 2 milyard dollar sərmayə qoyaraq ölkənin ən böyük investorları siyahısında altıncı yeri tutub".
"Report" xəbər verir ki, bunu Çexiyanın Azərbaycandakı səfiri Vitezslav Pivonka mətbuat konfransında deyib.
Səfir Azərbaycanın enerji daşıyıcılarının şaxələndirilməsi üzrə Çexiya üçün mühüm strateji tərəfdaş olduğunu bildirib: "Bu gün Çexiyanın enerji təchizatında ən böyük idxalçılar Rusiya və Azərbaycandır."
Diplomat Çexiya şirkətlərinin beynəlxalq layihələrdə, o cümlədən Böyük İpək Yolu və "Şimal-Cənub" layihələrində fəal iştirak etdiyini xatırladıb.
"Rusiya, İran və Azərbaycan prezidentlərinin bu layihənin həyata keçirilməsi üçün Bakıda görüşünün təşkil edilməsi Azərbaycan üçün böyük uğurudur", - deyə səfir vurğulayıb.
V.Pivonka Azərbaycan və Çexiya arasında energetika və təhsil sahələrində anlaşma memorandumunun imzalanmasının planlaşdırıldığını deyib: "Memorandumun ilkin versiyası hazırdır və gələn ay Çexiya Sənaye Nazirliyinin mütəxəssislərinin Bakıya səfəri və Azərbaycan tərəfi ilə görüşü gözlənilir".
O, həmçinin iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın fəal inkişaf etdiyini, ali təhsil ocaqları arasında əlaqələrin yaradıldığını bildirib. 
"Azərbaycan Elmlər Akademiyasının nümayəndələrinin Çexiyaya səfəri gözlənilir. Səfər zamanı iki ölkənin Elmlər Akademiyası arasında əməkdaşlıq haqqında saziş imzalanacaq" - diplomat qeyd edib.

Tags:  Səfir Azərbaycan Çexiya energetika təhsil sahələrində anlaşma memorandumu imzalamağı planlaşdırır

RƏYLƏR


Top news