Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Əli Kərimlinin köməkçisi həbsdə qaldı

Əli Kərimlinin köməkçisi həbsdə qaldı

Date: 21 October 2016 15:49

 

 

AXCP sədri Əli Kərimlinin köməkçisi, “Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirlinin şikayətinə baxılıb.

 

 

Lent.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Faiq Əmirlinin şikayəti təmin edilməyib.

 

 

Xatırladaq ki, bir müddət əvvəl Faiq Əmirli barəsində olan həbs qətimkan tədbirinin ev dustaqlığı dəyişdirilməsi ilə bağlı Nəsimi rayon Məhkəməsinə müraciət etmişdi. Nəsimi rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə Faiq Əmirlinin şikayəti təmin edilməyib.

 Məhz bu qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət verilib.

Qeyd edək ki, F.Əmirli avqustun 20-də saxlanılıb. Saxlanılarkən ona qarşı Cinayət Məcəlləsinin 283.1-ci (Milli, irqi, sosial və ya dini düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddəsi üzrə ittiham irəli sürülüb.

Daha sonra F.Əmirliyə qarşı Cinayət Məcəlləsinin 168.1-ci (Dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda iştirak etmə) maddəsi ilə ittiham irəli sürülüb.  

Nəsimi rayon Məhkəməsində Faiq Əmirli barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. 

 

 


Tags:  Əli Kərimlinin köməkçisi həbsdə qaldı


RƏYLƏR


Top news