Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Hər kəs nikbin idi"

"Hər kəs nikbin idi"

Date: 21 October 2016 15:52

"Qarabağ"ın futbolçusu Muarem Muarem dünən Avroliqanın qrup mərhələsində PAOK-la oyundan (2:0) sonra matçla bağlı fikirlərini bildirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, jurnalistlərin suallarını cavablandırarkən o deyib:

- Bu matç çox önəmli idi. Məğlubiyyət və ya heç-heçə olsaydı, qrupdan çıxmaq şansımız azalacaqdı. Hər kəs nikbin düşünürdü. Oyundan öncə və oyun zamanı təmkinli idik. Matçdan sonra da belə olmaq lazımdır. Çünki rəqiblə cavab qarşılaşmamız da var. Uğurla çıxış edəcəyimizi ümid edirəm.

- Öz oyunundan razı qaldın?

- Qol vura bilməsəm də, məhsuldar ötürmə etməyə nail oldum.

- Ot örtüyü oyununuza mənfi təsir göstərdi?

- Problemlər, sürüşmələr olurdu. Lakin əvvəlki qədər pis deyildi.

- Bir epizodda qol vurmağa çox yaxın idin...

- Sağ ayağımla zərbə endirmək istəyirdim, amma top sol ayağıma tuş gəldi və yaxşı zərbə endirə bilmədim.

- Qol hesabını gec açmağınız futbolçular arasında gərginlik yaratdı?

- Xeyr. Dediyim kimi, hər kəs nikbin düşünürdü və yekun da yaxşı oldu.

- İkinci hissənin sonlarına yaxın komanda daha çox top saxlamağı üstün tuturdu...

- Baş məşqçimiz oyunun sonuna qədər diqqətli olmağımızı tapşırdı və biz də bunu etdik.

- Zədəli futbolçuların yoxluğu hiss olundu?

- Bəli. Ancaq hər kəs bir-birinə kömək edirdi. Rahid oynadı və qol vurmağı da bacardı.

- Kapitan Rəşad Sadıqovun zədəsi yenicə sağalıb və əsas heyətdə matça çıxdı...

- Rəşad hər zaman bizə güvən verir.

Milli.Az


Tags:  Hər kəs nikbin idi

RƏYLƏR


Top news