"Qarabağ" yuxarı, "Neftçi" aşağı!

"Qarabağ" yuxarı, "Neftçi" aşağı!
16:17 21 Oktyabr 2016
53 İdman
Ölkə mətbuatı
A- A+

Avrokubokların qrup mərhələsinin III turunun oyunlarından sonra klubların UEFA reytinqi açıqlanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Çempionlar Liqasının 16, Avropa Liqasının 24 qarşılaşması siyahıda müəyyən dəyişikliklərə səbəb olub.

Siyahıda Azərbaycanı təmsil edən 7 klub da var. Onlar arasında ən yaxşı nəticə "Qarabağ"a məxsusdu. Ağdamlılar 15,9800 xalla 110-cu yerdə qərarlaşıb. Təmsilçimiz Avropa Liqasının qrup mərhələsinin III turunda PAOK üzərində qazanılan 2:0 hesablı qələbə ilə 5 pillə irəliləyib.
 
9,700 xala malik "Neftçi" isə geriyə doğru 3 addım atıb. Bakılılar 159-cu pillədədi. Hesabında 7,700 xal olan "Qəbələ" 179-cu yerdən 181-ciyə enib. Buna komandanın "Sent-Etyen"lə görüşdə xal qazana bilməməyi səbəb olub - 0:1.
 
220-ci yerdə qərarlaşan "İnter"in 5,950 xalı var. Lixtenşteyn "Vaduts"u ilə eyni - 4,450 xala malik "Xəzər Lənkəran" 280-ci yerə şərikdi. Digər komandalarımızdan "Kəpəz" (3,950) 301-ci, "Bakı" (3,700) 309-cudu.
 
İspaniya "Real"ının (150,342) başçılıq etdiyi siyahıda "Bavariya" (Almaniya) 139,213 xalla 2-ci, "Barselona" (İspaniya) 136,342 xalla 3-cü pillədə qərarlaşıb. Ümumilikdə isə siyahıda 453 komanda yer alıb.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/481755.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR