Ronaldinyonu məşhur edən SƏBƏB - FOTO

Ronaldinyonu məşhur edən SƏBƏB - FOTO
16:23 21 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bir neçə gün əvvəl Bakıya gəlmiş və hazırda da Azərbaycanın idman mediasının gündəmini zəbt etmiş dünya şöhrətli futbolçu Ronaldinyo Qauşo (Ronaldo de Assis Moreyra) ilə bağlı maraqlı fakt üzə çıxıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu, futbolçunun hələ uşaq yaşlarındakı qeyri-adi bacarığı ilə əlaqədardır. Belə ki, gələcəyin futbol məşhuru ilk dəfə 1993-cü ildə Braziliya mətbuatının gündəminə gəlib. Ronaldinyonun tərkibində oynadığı “Bel-Orizonti” komandası rəqibinə 23-0 hesabı ilə qalib gəlib. Maraqlıdır ki, rəqib komandanın qapısından bütün qolları 13 yaşlı Ronaldinyo keçirib.

Bununla da Braziliya mediası onun qeyri-adi oyun qabiliyyətindən yazıb.

Anar



Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqli/173029.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR