Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Buraxılış imtahanları və yekun qiymətləndirmə ilə əlaqədar yeni təqvim planı təsdiqlənib

Buraxılış imtahanları və yekun qiymətləndirmə ilə əlaqədar yeni təqvim planı təsdiqlənib

Doqquzuncu sinif şagirdləri üçün buraxılış imtahanı keçirilib (12 Mart 2017 16:57)
9-cu sinif şagirdləri imtahan verdi (12 Mart 2017 16:33)
Məleykə Abbaszadədən QƏRİBƏ ADDIM - soyuq havaya görə ÜZR İSTƏDİ (07 Mart 2017 15:03)

Tarix: 21 Oktyabr 2016 16:27

Bakı. 21 oktyabr. REPORT.AZ/ 2016/2017-ci tədris ilində ümumtəhsil müəssisələrində keçiriləcək buraxılış imtahanları və yekun qiymətləndirmə (attestasiya) ilə əlaqədar yeni təqvim planı təsdiq edilib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından “Report”a verilən məlumata görə, ümumtəhsil müəssisələrinin şagirdləri haqqında məlumatların “Şagird-məzun” sisteminə daxil edilməsi və yekun qiymətləndirmənin aparılması ilə əlaqədar şəhər (rayon) təhsil şöbələri (təhsil idarələri) və ümumtəhsil müəssisələri tərəfindən yerinə yetiriləcək işlərin Təqvim planı”nı Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə təsdiqləyib.
Təhsil şöbələri və ümumtəhsil müəssisələrindən xahiş olunur ki, bu tədris ilində görüləcək işlərin təqvim planında göstərilən tarixlər üzrə yerinə yetirilməsini, o cümlədən ümumi təhsil səviyyəsində buraxılış imtahanlarının yeni təhsil proqramları (kurikulumları) əsasında birinci mərhələsinin keçirilməsi məqsədilə IX sinif şagirdlərinə aid məlumatların bu ilin noyabrın 1-dən gələn ilin yanvarın 15-nə kimi “Şagird-məzun” sisteminə daxil edilməsini təmin etsinlər.
Yeni təqvim planı ilə bu link vastiəsi ilə tanış olmaq mümkündür.

Teqlər:  Buraxılış imtahanları yekun qiymətləndirmə əlaqədar yeni təqvim planı təsdiqlənib



RƏYLƏR


Top xəbərlər