Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Sabiq bank filialı müdirinin xanımı: "253 min manat kredit götürmüşəm"

Sabiq bank filialı müdirinin xanımı: "253 min manat kredit götürmüşəm"

Date: 21 October 2016 16:32

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən "Zaminbank" ASC-də filial müdiri vəzifəsində işləmiş Müşfiq Bayramov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən təqsirləndirilən şəxsin həyat yoldaşı Aygün Bayramova bildirib ki, "Zaminbank" ASC-dən 253 min manat kredit götürüb. A.Bayramova istintaqa verdiyi ifadəsini təsdiqləyib.

Daha sonra prosesdə ifadə verən şahid Vüqar Gözəlov təqsirləndirilən şəxslərdən yalnız M.Bayramovu tanıdığını deyib. Bildirib ki, təqsirləndirilən şəxs onun atası ilə dost olub. Təqsirləndirilən şəxs M.Bayramov bildirib ki, V.Gözəlovun atasından onun sənədlərini gətiməsini xahiş edib. Məhkəmənin növbəti iclası noyabrın 28-nə təyin edilib.

İttihama görə, "Zaminbank" ASC-də filial müdiri vəzifəsində işləmiş M.Bayramov sənədləri saxtalaşdırmaqla ayrı-ayrı şəxslərin adından banka depozit kimi qoyulmuş külli miqdarda - 41 min 300 manat pulu mənimsəməkdə təqsirli bilinir. O, Cinayət Məcəlləsinin 179.2.3-cü (mənimsəmə və ya israf etmə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 179.2.4 (mənimsəmə və ya israf etmə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunur.

Milli.Az


Tags:  Sabiq bank filialı müdirinin xanımı 253 min manat kredit götürmüşəm


RƏYLƏR


Top news