Misir fironu Tutanhamon qafqazlı imiş - Sensasion araşdırma - FOTO

Misir fironu Tutanhamon qafqazlı imiş - Sensasion araşdırma - FOTO
16:32 21 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Alimlərdən ibarət qrup bir neçə il ərzində tomoqrafiya vasitəsilə oğlan - fironun üzünü canlandırmağa çalışıb. Onlar 2 mindən çox tomoqrafiya şəkli çəkiblər. 

Milli.Az azvision.az-a istinadən bildirir ki, eyni vaxtda mütəxəssislər Misir fironu Tutanhamonun və onun yaxınları ehtimal olunan şəxslərin üzərində genetik daktiloskopiya (DNK) həyata keçiriblər. 

10 ildən artıq davam edən genişmiqyaslı araşdırmalar Misir fironunun necə göründüyünü, onun ata və anasını tapmağa, həmçinin onun niyə belə gənc yaşda vəfat etməsini öyrənməyə imkan verib. 

Araşdırmalar zamanı məlum olub ki, Tutanhamon bir sıra xəstəliklərdən əziyyət çəkib. Onun çox kövrək sümükləri olub. Firon gəzəndə əyri gəzirmiş və o sol ayağını çəkirmiş. Fironun sol ayağının pəncəsi anadangəlmə çıxıq olub.

Tutanhamonun əsa ilə gəzdiyi müəyyən edilib. Yeri gəlmişkən onun məqbərəsində 300-ə yaxın əsaya bənzər çubuq aşkarlanıb. Alimlər daha əvvəl onların firon üçün nəzərdə tutulduğunu və bunların məqbərəyə fironun o biri dünyada ehtiyacı olmaması üçün qoyulduğunu dərk etmirlərmiş.

Kəllə sümüyü hesabına fironun simasını bərpa edən alimlər öncə onu yaraşıqlı oğlan kimi təsvir ediblər. Lakin daha detallı araşdırma onun təsvir olunan görünüşdə olmadığını üzə çıxarıb. Alimlər bundan əlavə fironun dişlərinin əyri olması qənaətinə gəliblər. 

Araşdırmalara rəhbərlik edən Misir Ərəb Respublikasının tarix üzrə Ali Şurasının sabiq baş katibi Zahi Havass faktı təsdiqləyib: "Fironun genetik çatışmazlıqları olub. Bu çatışmazlıqlara görə qadına çox bənzəyib. Onun böyük baldırları və süd vəzilərinə bənzər vəziləri olub". 

Ancaq onun yuxarı qalxan kəllə sümüyü və hörümçək pəncələrinə məxsus uzanmış əlləri olmayıb. Yəni fironu yadplanetlilərin genetik eksperimentlərinin qurbanı olmasın deyə ufoloqlar səhv ediblər. Havassın sözlərinə görə, Tutanhamon da"yadplanetlilərə məxsus heç nə yoxdur. 

Ata! Ana! xala...? 

16 mumiya üzərində aparılan genetik analiz Tutanhamonun yaxınlarını aşkar etməyə imkan verib. Onun nənəsi -Tiyya, anası Ehnatona. KV55 kod adı ilə tanınan mumiya isə Tutanhamonun atası Ehnaton olub. KV35YL kodu adı isə fironun anası olub. O, Ehnatonun doğma bacısı olub. Yəni, oğulda olan qəribəliklər bacı-qardaş nikahının təzahürüdür. 

Heç kim onu öldürməyib...

Tutanhamon eramızdan əvvəl 1333-cü ildə, 9 yaşında hakimiyyətə gəlib. 19 yaşında qeyri-müəyyən şəraitdə ölüb. Fironun belə gənc yaşda ölməsi çox alimləri düşündürürdü. 

1925 ci ildə mumiya üzərində ilk dəfə araşdırmalar aparılan zaman üzərində heç bir xəsarət aşkarlanmamışdı. Tutanhamonun ehtiyatla boğulduğu ehtimal olunurdu. 

40 il sonra mütəxəssislər mumiya üzərində rentgen etdilər. Məlum olub ki, kəllə sümüyü arxa nahiyədən sınıqdır, onun içərisində sümüklərin qalıqları aşkarlanıb. Belə çıxırdı ki, Tutanhamonu arxadan küt alətlə vurublar. 

2002-ci ildə britaniyalı polislər Qreq Kuper və Mayk Kinq fironu öldürən "şəxsi" tapıblar. Deduksiya yolu ilə onlar qatılin "baş nazir" Ay olduğunu iddia ediblər.

2005-ci ildə tomoqrafiya göstərdi ki, Tutanhamonun kəllə sümüyünün tamlığı onun ölümündən sonra pozulub. Fironun sol ayağının sümüyü isə hələ o sağ olduğu vaxt sınıb. Bu isə öz növbəsində yeni fərziyə yaratdı: Guya Tutanhamon yarışlar zamanı cəng arabasından yerə yıxılıb və onun qanı zəhərlənib. Bu isə ölümlə nəticələnib. 

Genetik analizi isə fironun malyariyadan öldüyünü göstərib. Belə ki, onun qalıqları üzərində 3,5 min il sonra malyariya yaradan maddələr aşkarlanıb. 

Tutanhamon çətin ki, cəng arabalarında yarışıb - ona sol ayağı mane olub. Lakin onun sınmış ayağı yenə də həlledici rol oynayıb. Belə ki, sınmış ayağı fironun orqanizmini zəiflədib. Nəticədə ayağa malyariya ağcaqanadları vasitəsilə infeksiya keçib. 

Onun üzü qafqazlılara bənzəyib. 

Bu arada Sürixdə yerləşən iGENEA genealoji araşdırmalar mərkəzindən olan bioloqlar sensasion nəticələr əldə ediblər. Belə ki, Misirdən olan arxeoloqlar Tutanhamonun sol çiyni və sol ayağından olan nümunələri DNK analizi üçün İsveçrəyə göndəriblər. Alimlər müəyyənləşdiriblər ki, Genetik olaraq avropalı kişilərin yarısı Tutenhamonun qohumlarıdır. Böyük Britaniya, İspaniya və Fransa kimi ölkələrdə "fironların" payı 60-70 faizə çatır. Belə ki, DNK-da aşkarlanan R1b1a2 qaploqrupu daha çox müasir Avropa kişilərində aşkarlanır. Bu göstərici misirlilərdə bir faizi belə keçmir. 

İsveçrəli bioloqların araşdırması bir daha göstərdi ki, müasir misirlilər heç də qədim misirlilərin davamçıları deyil. Onların öz qədim hökmdarları ilə demək olar ki, heç bir oxşarlıqları yoxdur. Bu isə Misir cəmiyyətinin xüsusiyyətlərini az-çox izah edir. 

Fironların özləri isə yerli olmayıb 

Hesab olunur ki, Misir hökmdarlarının və avropalıların ümumi əcdadı təxminən 9500 il əvvəl Qafqazda yaşayıb. Təxminən 7 min il əvvəl onun birbaşa davamçıları Avropada məskunlaşıblar. Onlardan kimsə Misirə gedib və firon tituluna qədər yüksəlib. Tutanhamon və onun ulu babaları Qafqazəsilli simaya malik olublar. Ola bilsin ki, o gürcü, osetin, dağıstanlı və hətta çeçen olub. 

Milli.Az







RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Səyyahlar üçün mebel - FOTO

28 May 2017 01:32

Nömrəni səhv yığdı, xoşbəxt oldu

28 May 2017 01:29

Putinlə Ərdoğan telefonla danışdı

28 May 2017 01:28

Hər gün 5 alma çəyirdəyi yeyin

28 May 2017 01:09

Ermənistanda gömrük məntəqəsinin rəisi həbs edildi

28 May 2017 01:03

İtaliyada G7 sammitinə etiraz edənlərlə polis arasında toqquşma olub

28 May 2017 01:02

Azərbaycanda 28 May

28 May 2017 00:42

G7 sammiti başa çatdı

28 May 2017 00:38

Ən çox milyarderi olan ölkələr

28 May 2017 00:16

Astroloji proqnoz - 28 may

28 May 2017 00:13

Azərbaycan Xalq Cümhuriyyəti 98 yaşında

28 May 2017 00:07

“NATO PA-da növbəti dəfə erməni yalanının şahidi olduq” - Siyavuş Novruzov

28 May 2017 00:05

İtalyan model Silviya - FOTO

28 May 2017 00:05

Günün qoroskopu: ünsiyyət üçün əla gündür

28 May 2017 00:05

Böyük məbləğə satılan 15 qəribə rəsm əsəri - FOTO

28 May 2017 00:05

Oruc tutan şəxslər idmanla məşğul ola bilər?

27 May 2017 23:57

Alimlər keçəlliyin səbəbini tapdılar

27 May 2017 23:57

Facebook-a bağlılığınız uşaqlarınıza mənfi təsir edir

27 May 2017 23:57

Keçmiş senator həyatını itirdi

27 May 2017 23:54

İftarda ərik suyu için

27 May 2017 23:52

Putin və Ərdoğan arasında telefon danışığı olub

27 May 2017 23:47

“Həzrət Davudun (ə) orucu” nə deməkdir?

27 May 2017 23:47

Kamran Ağayev "Amkar" klubuna keçə bilər

27 May 2017 23:43

Oruc tutanlar bu xəbəri mütləq oxuyun! - həkim məsləhəti

27 May 2017 23:42

Moruqla müalicə olunmaq üçün 5 resept

27 May 2017 23:37

"Arsenal" 13-cü dəfə İngiltərə Kubokunun sahibi olub

27 May 2017 23:37

Serial ulduzu kurortda istirahət edir - FOTO

27 May 2017 23:32

Yeniyetmə avarçəkənimiz Avropa çempionatında finala çıxdı

27 May 2017 23:32

Bülənt Ərsoyu kobranın sancdığı görüntülər ortaya çıxdı

27 May 2017 23:30

Bülent Ersoyu kobranın vurduğu anlar ortaya çıxdı - VİDEO

27 May 2017 23:27

Bu 11 qidanı soyuducunun buzluğunda saxlamaq olmaz

27 May 2017 23:27

Ramazan ayında niyə xurma yeyilir?

27 May 2017 23:22

“Arsenal” mövsümü kubokla bitirdi

27 May 2017 23:17

Orucu neçə yaşından tutmaq vacibdir?

27 May 2017 23:17

Bıçağınız kütdür?

27 May 2017 23:13

Özlərini dəyişən adamların şousu başlanır - FOTO

27 May 2017 23:12

Ərəb biznesmen Trampın evli qızına elçi düşdü

27 May 2017 23:12

Qaxda 9-cu sinif şagirdini maşın vurdu

27 May 2017 23:12

“Qarabağ”dan tarixi ilk

27 May 2017 23:12

İsti Ramazan ayında susuzluq ilə necə mübarizə aparmalı?

27 May 2017 23:12

“Yuventus”dan səfər qələbəsi - YENİLƏNİR

27 May 2017 23:12

Qəfil gələn ƏCƏL ZƏNGİ - Qusarda bədbəxt hadisə

27 May 2017 23:08

Azərbaycanın Respublika Günü Macarıstanda qeyd olunub

27 May 2017 23:05

Həşəratlardan qurtulmaq üçün ev üsulları

27 May 2017 22:57

"Arsenal" mövsümü kubokla başa vurdu

27 May 2017 22:57

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Aviasiya Akademiyası və ADA Universitetinin Respublika Günü münasibətilə birgə tədbirində iştirak edib (FOTO)

27 May 2017 22:55

Türkiyədə zəlzələ

27 May 2017 22:53

Adınızın baş hərfi sizinlə bağlı hansı sirləri gizlədir... - YOXLAYIN

27 May 2017 22:52

Ramazan ayında qida rasionunda nələrə diqqət edilməlidir?

27 May 2017 22:52

Yaşıl çayın faydaları və zərərləri

27 May 2017 22:51