Ukrayna Qərbin “nüvə zibilliyi”nə çevrilir

Ukrayna Qərbin “nüvə zibilliyi”nə çevrilir
16:33 21 Oktyabr 2016
38 Dünya
Ölkə mətbuatı
A- A+

Ukrayna 2017-ci ildən nüvə tullantılarının istifadəsi üçün Rusiyaya 200 milyon dollar ödəməyəcək.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Ukraynanın kömür və energetika naziri İqor Nasalik bildirib.

Nazir dəqiqləşdirib ki, Ukraynada tikiləcək anbarda ölkənin bütün atom elektrik stansiyalarındakı radioaktiv tullantılar istifadə ediləcək. Hazırda Çernobıl Atom Elektrik Stansiyasının ərazisində nüvə tullantılarının saxlanılması üçün meydança var. Amma bu meydança radioaktiv tullantıları uzun müddət qəbul edə bilməyəcək.

İyulun əvvəlində Brüsseldə keçirilən seminarda Ukraynanın radioaktiv tullantıların saxlanılması barədə planlarından narahatlıq ifadə olunub. Qeyd edilib ki, layihə nüvə təhlükəsizliyi normalarına ziddir və qəza risklərini yaradır.

Aprel ayında isə Ukrayna hökuməti və Avropa Yenidənqurma və İnkişaf Bankı radioaktiv tullantılar anbarının tikintisi üçün əlavə 40 milyon avronun ayrılması haqqında memorandum imzalayıb.

Həmin vaxt Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin təşkilatın baş katibi Pan Gi Muna göndərdiyi məktubunda bildirib ki, anbarının tikintisi Ukraynanı “nüvə zibilliyi”nə çevirə bilər. Çurkin diqqəti ona yönəldib ki, tikilən anbar mütəxəssislərin qiymətləndirməsinə görə, Ukraynanın özünün ehtiyaclarını əhəmiyyətli dərəcədə üstələyir.

“Ehtimal ki, xarici tullantıların basdırılması üçün infrastruktur hazırlanır. Başqa sözlə, Ukrayna hakimiyyətinin qərarı ilə ölkənin nüvə zibilliyinə çevrilməsindən söhbət gedir”, - məktubda deyilirdi.

Ukrayna 2017-ci ilin sonuna kimi anbarın tikintisini başa çatdırmağı planlaşdırır. Obyektdə 1986-cı ildə baş verən qəzada zədələnməyən Çernobıl Atom Elektrik Stansiyasının dördüncü enerji blokunda, həmçinin Ukraynanın üç başqa stansiyası - Xmelnitski, Rovnensk və Cənubi Ukrayna stansiyalarında işlədilən nüvə yanacağının saxlanılacağı bildirilir.

Anbarın tikintisi üçün elan edilən tenderi hələ 2005-ci ildə “Holtec” Amerika-Britaniya konsorsiumu udub. Layihə donorların maliyyəsi ilə həyata keçirilir.

Diplomat qeyd edir ki, həmin dövlətlər anbardan özlərinin radioaktiv tullantılarının basdırılması üçün istifadə etmək niyyətindədir.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/173026.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR