Vitezslav Pivonka: "Çexiya Aİ ölkələri arasında Azərbaycan mallarının üçüncü ən böyük idxalçısıdır"

Vitezslav Pivonka: "Çexiya Aİ ölkələri arasında Azərbaycan mallarının üçüncü ən böyük idxalçısıdır"
16:42 21 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 21 oktyabr. REPORT.AZ/ "Çexiya Avropa İttifaqına (Aİ) üzv ölkələr arasında Azərbaycan mallarının üçüncü ən böyük idxalçısıdır və Azərbaycana ixrac olunan məhsulların sayına görə doqquzuncu yeri tutur".
"Report" xəbər verir ki, bunu Çexiyanın Bakıdakı səfiri Vitezslav Pivonka deyib.
O, Azərbaycanın bu gün Çexiyanın xam neftə olan tələbatının üçdə birini təmin etdiyini vurğulayıb: "Bu, ildə təqribən 2,4 milyon ton deməkdir".
V.Pivonkanın sözlərinə görə, 2015-ci ildə Çexiya və Azərbaycan arasında ticarət dövriyyəsi 1,2 milyard ABŞ dolları təşkil edib ki, bu da 2014-cü illə müqayisədə 30% azdır. O, bunu qiymətlərin aşağı düşməsi ilə izah edib.
Səfir azərbaycanlı iş adamlarını Çexiya iqtisadiyyatına daha fəal şəkildə sərmayə qoymağa çağırıb: "Ölkəmizdə investisiya yatırmaq üçün hər cür şərait yaradılıb. 2015-ci ildə ÜDM-in artımı 4,3% təşkil edib".
V.Pivonka həmçinin azərbaycanlıların Çexiyanın turizm potensialına marağının artdığını diqqətə çatdırıb.
"2015-ci ildə səfirliyinin konsulluq bölməsi 8500-dən çox viza rəsmiləşdirib. Bu da onu göstərir ki, Azərbaycandan turist axını zəifləməyib" - diplomat vurğulayıb.
V.Pivonka eyni zamanda 2018-ci ildə Çexiya-Azərbaycan münasibətlərinin tarixinə həsr olunacaq kitabın işıq üzü görəcəyini açıqlayıb.

Xəbərin orijinal ünvanı: http://report.az/biznes/vitezslav-pivonka-cexiya-ai-ye-uzv-olkeler-arasinda-azerbaycan-mallarinin-ucuncu-en-boyuk-idxalcis

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR