Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Səfir: "ABŞ-ın Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişməyib"

Səfir: "ABŞ-ın Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişməyib"

Date: 21 October 2016 17:07

Bakı. 21 oktyabr. REPORT.AZ/ "ABŞ-ın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişməyib və Azərbaycan və Ermənistanla bu münaqişənin həlli üçün səylərini davam etdirir".
"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.
Səfir xatırladıb ki, sabah ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik Azərbaycana səfər edəcək. Onun sözlərinə görə, səfərdə məqsəd tərəfləri yaxınlaşdırmağa cəhd etmək və münaqişənin həllinə təkan verməkdir.

Tags:  Səfir ABŞ-ın Qarabağ münaqişəsi bağlı mövqeyi dəyişməyib


RƏYLƏR


Top news