Səfir: "ABŞ-da Azərbaycanın 400 tələbəsi təhsil alır"

Səfir: "ABŞ-da Azərbaycanın 400 tələbəsi təhsil alır"
17:07 21 Oktyabr 2016
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 21 oktyabr. REPORT.AZ/ "Hazırda ABŞ-da Azərbaycanın 400 tələbəsi təhsil alır. Müstəqillik əldə etdikdən sonra Azərbaycanın ümumilikdə 6000-dən çox tələbəsi ABŞ-ın müxtəlif proqramı ilə təhsil alıb".
"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.
Səfir qeyd edib ABŞ-ın təhsil ocaqları dünyada qabaqcıl yerləri tutur və tələbələr müxtəlif sahələr üzrə biliklər əldə edə bilərlər: "ABŞ-da təhsil alan  6 min tələbə bilik və savadlarını karyerada uğurlar qazanmaq və Azərbaycanı irəli aparmaq üçün istifadə edə bilərlər".
Qeyd edək ki, bu gün Bakıda ABŞ ali təhsil ocaqlarının sərgisi təşkil olunub. Sərgidə müxtəlif ştatları təmsil edən 15 universitet və kollec iştirak edir.

Xəbərin orijinal ünvanı: http://report.az/elm-ve-tehsil/sefir-abs-da-azerbaycanin-400-telebesi-tehsil-alir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR