Əliyar Ağayev və komandasından kobud səhv

Əliyar Ağayev və komandasından kobud səhv
17:12 21 Oktyabr 2016
66 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycanlı FİFA referisi Əliyar Ağayevin Avropa Liqasının qrup mərhələsinin III turu çərçivəsində idarə etdiyi "Konyaspor" (Türkiyə) - "Braqa" (Portuqaliya) matçı kobud səhvlə yadda qalıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 1:1 hesabı ilə başa çatan qarşılaşmada ev sahibləri hesabı oyundankənar vəziyyətdən vurduğu qolla açıblar.

Belə ki, Konya Böyükşəhər Bələdiyyəsinin stadionunda baş tutan matçda ilk top 9-cu dəqiqədə vurulub. Deni Miloçeviçin "Konyaspor"u önə çıxaran qolu ofsayddan vurulub. Bunu isə nə Əliyar Ağayev, nə də köməkçiləri qayda pozuntusu kimi qeydə alıblar.
 
Portuqaliya təmsilçisinin bərabərlik topunu Ahmad Hassan Koka 55-ci dəqiqədə vurub.
 
Həmyerlimiz 3 futbolçuya sarı vərəqə göstərib. O, "Konyaspor"dan Alban Meha (57-ci dəqiqə) və Ali Turanı (59), "Braqa"dan Ruy Fonteni (81) cəzalandırıb.
 
Qeyd edək ki, bu görüş Ağayevin Avropa Liqasının qrup mərhələsində idarə etdiyi ikinci qarşılaşma idi.
 
Hakimlər briqadasında Rza Məmmədov, Zeynal Zeynalov, Mübariz Həşimov yer alıblar. Orxan Məmmədovla Rəhim Həsənov isə əlavə köməkçi hakimlər kimi meydana çıxıblar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/481743.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR