Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dəbi diktə edən 83 yaşlı homoseksual: “Yorulmamışam”

Dəbi diktə edən 83 yaşlı homoseksual: “Yorulmamışam”

Date: 21 October 2016 17:18

42 ildir “Chanel” və “Fendi” moda evinin kreativ direktoru vəzifəsində çalışan Karl Lagerfeld “Hürriyet.com”-a müsahibə verib.

Karl Lagerfeld: 83üme geldim, hiç yorulmadım

Publika.az xəbər verir ki, sualları Parisdən elektron poçt vasitəsilə cavablandıran Lagerfeld daxilində bir deyil 3 Karl olduğunu və işləməkdən yorulmadığını etiraf edib.

- Əvvəla, suallarımı cavab verməyi qəbul etdiyinizə görə təşəkkür edirəm. Bu gün mənim üçün gözəl bir gündür! Ona görə də sualı belə qoyacam: Həyatınızın ən gözəl günü hansı olub?

- Hər günümün ən gözəl olması üçün dəli kimi çalışıram. Hazırda məni ən çox xoşbəxt edən şey isə hələki hazırlamağa başlamadığım növbəti kolleksiyamdır.

Karl Lagerfeld: 83üme geldim, hiç yorulmadım

- Şəxsi həyatınız da insanlar üçün çox maraqlıdır. Səhəri necə açırsınız?

- Vəziyyətə görə dəyişir. Səhərləri Parisdəki evimdə açmağı, eskiz çəkməyi sevirəm. Günorta və axşam görüşlərim olduğu üçün eskizləri səhərlər çəkməli oluram. İşlərimi həll etmək üçün mənə bir gün çatmır, çox qısa gəlir. Həyat fəlsəfəm də "Bu günün işini sabaha qoyma!"-dır. Belə bir dəb sənayesində, hətta belə bir dünyada ən önəmli amil sürətli olmaqdır. İnsanlara verəcəyim ən yaxşı tövsiyə budur.

- “Fendi” ilə 50 ilə yaxındır ki, işləyirsiniz, 1983-cü ildən bəri “Chanel”-ə rəhbərlik edirsiniz. Moda sənayesinin ən nüfuzlu moda evlərinə illərdir ki, rəhbərlik etmək necə hissdir?

- Bunun hər kəsin nail olmaq istədiyi arzu olduğunu bilirəm. Təsəvvür edin ki, “Fendi” ilə 50 ildir əməkdaşlıq edirəm. Bu, dəb dünyasında davam edən ən uzun əməkdaşlıqdır. Dizaynerlərin çoxu belə şəxsi markasını bu qədər il davam etdirə bilmir. Amma mən yorğun deyiləm, vallah deyiləm! 83 yaşım var və karyeram keçmişə nisbətən daha səmərəlidir. Nə üçün? Çünki beynim indi dəqiq işləyir. İşim həyatımda hər şeydən öndə gəlir. Gənc ikən belə deyildim, əlbəttə ki, onda insanın başını qarışdıran amillər olur.

Karl Lagerfeld: 83üme geldim, hiç yorulmadım

- Bəs fərqli tərzləri olan iki moda evində işləmək çətin deyil ki?

- “Chanel”-in kolleksiyalarında “Fendi”-ni xatırladan heç nə görə bilməzsiniz. Eyni hal “Fendi” üçün də keçərlidir. İkisinin də fərqli simaları və tərzləri var. Bu, bəlkə də mənim şəxsiyyətimlə əlaqəlidir. Məncə, daxilimdə 3 şəxsiyyət yaşayır. “Fendi”-də italyan Karlı, “Chanel”-də fransız Karl görürsünüz. Öz markamda da sadəcə məni və görmək istədiklərimi. İşlə özümü heç vaxt evli kimi hiss etməmişəm. Daha çox azad evlilik yaşayırıq. Hər an bitəcəkmiş kimi... Beləliklə, ehtirasımı qoruyuram, çünki bir-birimizə qarşı öhdəliklərimiz yoxdur. Birdən çox brendlə bu hiss sayəsində çalışıram. Yalnız birinə asılı olmaq istəmirəm. Məni qəfəsə salsanız, dəyərsiz olaram, işə yaramaram.

Karl Lagerfeld: 83üme geldim, hiç yorulmadım

- Aleksandr Makkuenin intihardan sonra moda sənayesinin operativliyi çox tənqid edilib. Bəzi dizaynerlər üçün il ərzində bir neçə kolleksiya hazırlamaq çətindir. Siz bu məsələdə rekordçusunuz, amma şikayət etmirsiniz. Sirriniz nədir?

- Bəli, dəb ana bağlıdır, hər saniyə dəyişir. Dəb muzeylərdə sərgilənmək üçün hazırlanmır, odur ki, onu istehsal etmək mənim üçün sadə işdir. Eskizlərlə tikilən paltar arasındakı fərq demək olar ki sıfırdır. Məşq prosesi də çox gözəl keçir. Və nəticələrin yaxşı olacağını bildiyimdən, birdən çox işlə məşğul oluram. Bəziləri robot maşını olduğumu düşünür. Bəli bu, doğrudur, mən bir maşınam.

Image result for Karl Lagerfeld

- Özünüzü fotoqraf kimi də sınamısınız. “Fendi”-nin reklam kampaniyasını çəkmisiniz. “Harpers Bazaar”, “Numro”, “Vogue” jurnalının üz qabığının şəkillərini sizə aiddir.

- Fotoqraflıq çox zövqlü peşədir. Əslində bu işə 80-cı illərdə maraqlanmağa başladım, “Chanel” üçün dəvətnamə hazırlayırdım, onda çəkilişdən razı qalmadın. Bir fotoaparat icarəyə götürdüm və assistentlə birlikdə işə başladım. Qısa müddətdə reklam kampaniyalarında, moda çəkilişlərində fotoqraflıq etdim. Bir işin qüsursuz olmasını istəyirsənsə, özün görəcəksən.

- Bu sahədə uğurun yeganə sirri budur?

- İşinə məsuliyyətlə çalışmaq da Karl Lagerfeldin uğurlu fotoqraf karyerasının olmasının sirlərindən biridir. 25 ildir ki, eyni insanlarla çalışıram: Yaxşı vizajist, yaxşı dəb redaktoru olanda iş də asanlaşır. Bir düyməyə bas yetər!

- 2014-cü ildə İstanbula gəlmişdiniz. Türk qadınının dəb və zövq duyumu necədir?

- Darıxıram, belə suallardan. Mənə həmişə sual verirlər ki “Fendi” və ya “Chanel” qadını necə olmalıdır? Dediyiniz kimi qadını bir tip olaraq çəkmək doğru deyil. Mənim işim, kolleksiya hazırlamaq və fərqli qadınların xoşuna gələcəyinə ümid etməkdir. Bundan artığı deyil.

Karl Lagerfeld: 83üme geldim, hiç yorulmadım

Karl Lagerfeld haqqında maraqlı faktlar

Karl 10 Sentyabr 1933-cü ildə Hamburgda varlı bir ailədə dünyaya gəlib.

19 yaşında qabiliyyət müsabiqəsində qalib gəldikdən sonra Pyer Balmainin assistenti olub.

“Jan Patou” brendi altında çıxardığı ilk kolleksiyası moda tənqidçiləri tərəfindən kəskin tənqid edilib. Bu tənqidlərə görə özünə qapanmış və 2 il dəniz sahilində yerləşən evində yaşayıb.

Karl Lagerfeld: 83üme geldim, hiç yorulmadım

Homoseksualdır və bunu heç bir zaman gizlətməyib. Uşaqkən eyni cinsə qarşı maraq göstərdiyini anasına söyləyərkən anası bunu normal qarşılayıb.

Yves Saint Laurent bir dövrlər Karlın yaxın dostu idi. 70-ci illərdə iki dizayner eyni adamla - Jak de Basker de Beaumarçais ilə sevgili olub. Bu hadisədən sonra qısqanc dostlar düşmənə çevrilib. Lagerfeld dünya şöhrətli dizaynerin dəfninə belə qatılmayıb.

Dizayner 1993-cü ildə “Fendi”-nin dəfiləsinə italyan porno ulduzu Moana Pozzini podiuma çıxarıb. Məşhur dəb redaktoru Anna Vintur hirsindən defileni tərk etmişdi.

2000-cü ildə köklükdən bezdiyini deyib. Dizayner yalnız şorba içərək 42 kq arqlamağa nail olub. Bunu etməkdə məqsədinin “Hedi Slimane” dizaynlarını geyinmək istəməsi və onların incə kişilər üçün nəzərdə tutulması idi.

O, əsl soyadının sonunda olan “d” hərfini ataraq Lagerfeld olaraq dəyişdirib. Buna səbəb daha xoş səslənməsi idi.

Karl Lagerfeld: 83üme geldim, hiç yorulmadım

Karl Lagerfeld heç bir dinə ibadət etmir.

Modadan əlavə bir çox ərzaq dizaynları var. “Coca Cola Light by Karl Lagerfeld” qablaşdırmaları, “Volkswagen Polo” və “Golf” modellərinin bəziləri onun ideya məhsuludur. “Sephora” mağazalarının vitrinlərində öz siluetindən istifadə edib. Satışa çıxarılan oyuncaq ayısında öz xarici görünüşünü yaradıb.

Arıqladıqdan sonra kitab yazıb. 2007-ci ildə Karl Lagerfeldin sirrləri adlı sənədli film izləyicilərə təqdim olunub. 2010-cu ildə isə Avropa Moda Evi adlı sərgidə Karl Lagerfeldə məxsus fotolar sərgilənib.

Pişiyi Çoupettein üç dayəsi, öz istaqram hesabları var.

Karl Lagerfeld: 83üme geldim, hiç yorulmadım

Onu nadir hallarda eynəksiz görmək olar. Eynəklər Karlın stilinin ayrılmaz hissəsidir.

Image result for Karl Lagerfeld

Aytən















Tags:  Dəbi diktə edən 83 yaşlı homoseksual Yorulmamışam

RƏYLƏR


Top news