Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan filmləri Türkiyədə beynəlxalq festivalda nümayiş etdiriləcək

Azərbaycan filmləri Türkiyədə beynəlxalq festivalda nümayiş etdiriləcək

Date: 21 October 2016 17:22

Bakı. 21 oktyabr. REPORT.AZ/ İlqar Safatın “İçəri şəhər” və Mirbala Səlimlinin “Qırmızı bağ” bədii filmləri Türkiyənin 5-ci Van gölü Beynəlxalq Film Festivalına dəvət alıb.
Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, festival oktyabrın 28-dən noyabrın 1-dək Van şəhərində keçiriləcək.
“İçəri şəhər” filminin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.
Filmdə baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Elmira Şabanova və digərləri canlandırırlar.
“Qırmızı bağ” filminin ssenari müəllifi Mirbala Səlimli, quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssamı Leonid Karpov, bəstəkarı Salman Qəmbərov, icraçı prodüserləri Tofiq Musayev, Timur Cəfərov, Nazim Hüseynov, prodüserləri Müşfiq Hətəmov (Azərbaycanfilm) və Timur Vaynşteyndir (WeiT Media).
Filmdə baş rolları Maqsud Məmmədov, Gülzar Qurbanova, Taleh Bədiyev və digərləri canlandırırlar.
Qeyd edək ki, filmlər həm də 15-24 noyabr tarixlərində Misirdə baş tutacaq 35-ci Qahirə Beynəlxalq Film Festivalına da dəvət alıb. 
“Qırmızı bağ” filminin beynəlxalq premyerası 12-ci Avrasiya Beynəlxalq Film Festivalında keçirilib. Film Almaniyanın 65-ci Mannheym-Heidelberg Beynəlxalq Film Festivalının müsabiqə proqramına və Bakıda keçiriləcək 7-ci Avropa Film Festivalına dəvət alıb.
Xatırladaq ki, hər iki bədii film nazirliyin dəstəyi ilə lentə alınıb.

Tags:  Azərbaycan filmləri Türkiyədə beynəlxalq festivalda nümayiş etdiriləcək

RƏYLƏR


Top news