ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına kömək üçün Azərbaycan və Ermənistanla işə sadiq olaraq qalır.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.
O bildirib: "Həmkarım səfir Ceyms Uorlikin ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə Azərbaycana səfəri bu məsələnin həllinin axtarışı üçün cari səylərin bir hissəsidir".
R.Sekuta Azərbaycan-Amerika münasibətlərinin hazırki səviyyəsini müsbət qyimətləndirib. Səfir qeyd edib: "Hələ üzərində işləməli çox məsələ var, amma münasibətlərdə inkişaf artıq hiss olunacaq dərəcədədir".
Milli.Az