Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

NİDA üzvünə 9 il həbs tələbi

NİDA üzvünə 9 il həbs tələbi

Date: 21 October 2016 17:44

Bu gün NİDA Vətəndaş Hərakatının narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən üzvü Qiyas İbrahimovun cinayət işi məhkəmə prosesi başlayıb.

Lent.az-ın  məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində  hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən məhkəmə istintaqı başa çatıb.

Prokuror çıxışında Qiyas İbrahimovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, Q.İbrahimov Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunub. Xətai Rayon Məhkəməsində onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

 


Tags:  NİDA üzvünə il həbs tələbi


RƏYLƏR


Top news