Mətbuat Şurasından 3 sayta xəbərdarlıq

Mətbuat Şurasından 3 sayta xəbərdarlıq
17:49 21 Oktyabr 2016
26 Digər
Ölkə mətbuatı
A- A+

 

Bu gün Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib.

 

Mətbuat Şurasının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iclasda 7 müraciətə baxılıb.

 

Əvvəlcə baxılan «Hürriyyət» qəzeti ilə bağlı şikayətdə göstərilib ki, qəzetin əmtəə nişanı rəsmi dövlət qeydiyyatına alınmasına baxmayaraq, ölkədə «hurriyet.az» və «hurriyyet.info» adları altında saytlar fəaliyyət göstərməkdədir. Bu isə mətbu nəşrin və redaksiyanın nüfuzunu zərbə vurmaqdadır. Komissiya cavabdeh tərəfi də dinləyərək belə rəyə gəlib ki, ümumiyyətlə tanınmış KİV-lərin adlarının təkrarı olan onlayn media vasitələrinin təsisi haqlı narazılığa səbəb olur. Buna görə də hər iki sayta adlarını dəyişdirmək tövsiyə edilib.

Komissiya praktikada belə hallar barədə Mətbuat Şurasına müraciətlərin mövcudluğunu nəzərə alaraq MŞ-də domen satışı ilə məşqul olan şirkətlərin iştirakı ilə tədbir keçirilməsini məqsədə müvafiq hesab edib.

 

İclasda «azerinfo.org», «siam.az» və «24 saat.org» saytlarına xəbərdarlıq edilməsinə dair rəy çıxarılıb. Hər 3 saytın Nərimanov Rayon İcra Hakimiyyəti barədə təqdim etdiyi materiallarda etik prinsiplərin bir sıra tələblərinin pozulduğu, qarşı tərəfin fikirlərinə yer verilmədiyi əsas götürülüb.

 

Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının şikayətini doğuran yazılar «Bizim dövr» qəzetinin elektron versiyasından və «dia.az» saytından götürüldüyü üçün, komissiya bu qurumdan MŞ-yə ünvanlanan müraciəti həllini tapmış hesab edib.

 

İclasda vurğulanıb ki, son vaxtlar bank kredit sektoruna aid bir sıra qurumlar barədə saytlarda total şəkildə məlumatlar yayımlanmaqdadır. Həmin materiallarda etik prinsiplərin tələblərinin gözlənilməməsi haqlı narazılıqlar yaradır. Azərbaycan Banklar Assosiasiyasının 19,Yapı Kredi Bankın 20 sayt barədə şikayəti buna misal göstərilib. Komissiya hər iki quruma məsələnin hüquqi müstəvidə həllini tövsiyə edib. Həmçinin assosiasiyaya sahədən yazan jurnalistlərin peşakarlığının artırılması məqsədi ilə təlimlər keçirməsi tövsiyə olunub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257278

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR