Kintana "həftənin oyunçusu" seçildi

Kintana "həftənin oyunçusu" seçildi
17:57 21 Oktyabr 2016
53 İdman
Ölkə mətbuatı
A- A+

“Qarabağ”ın futbolçusu Dani Kintana Avropa Liqasında "həftənin futboçusu" seçilib. Fanat.Az xəbər verir ki, ispaniyalı futbolçu UEFA-nın rəsmi saytında azarkeşlər arasında aparılan səsvermədə qalib olub.


Səslərin 69 faizini toplayan Kintana ciddi fərqlə "Mançester Yunayted"in ulduzu Pol Poqba, "Saunthempton"un italiyalı yarımmüdafiəçisi Antonio Kandreva və "Fiorentina"nın hücumçusu Nikola Kaliniç kimi futbolçuları qabaqlayıb.


Buna rəğmən, Kintana turun simvolik “11-liy”inə düşə bilməyib.


Qeyd edək ki,  dünən Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda Yunanıstanın PAOK klubunu 2:0 hesabı ilə məğlub edib. Ağdamlıların ilk qolunu ispan yarımmüdafiəçi vurub. 


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-kintana-quothftnin-oyuncusuquot-secildi-t53526.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR