Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda yol qəzası törədərək yaralanan sürücü ərazidən qaçıb

Bakıda yol qəzası törədərək yaralanan sürücü ərazidən qaçıb

Date: 21 October 2016 17:57

Bakı. 21 oktyabr. REPORT.AZ/ Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, Ramana qəsəbəsi ərazisində qeydə alınan hadisə zamanı avtomobilin sürücüsü xəsarət alıb və ərazidən qaçıb.
Belə ki, yüksək sürətlə hərəkət edən Həsənov Fariz Qabil oğlunun idarə etdiyi "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq Fuad Qasımovun idarə etdiyi "Lexus" markalı maşının arxa hissəsinə çırpılıb. Nəticədə F.Qasımov xəsarət alıb.
Məlumata görə, F.Həsənov yüngül bədən xəsarəti alaraq qəzanın baş verdiyi ərazidən qaçıb.
Hadisə yerinə Yol Patrul Xidmətinin (YPX) əməkdaşları cəlb edilib. Qəzanın F.Həsənovun səhvi ucbatından baş verdiyi ehtimal olunur.
F.Həsənovun axtarışına başlanılıb.






Tags:  Bakıda yol qəzası törədərək yaralanan sürücü ərazidən qaçıb

RƏYLƏR


Top news