Savçenko: “Poroşenko Yanukoviçdən üzr istəsin və...”

Savçenko: “Poroşenko Yanukoviçdən üzr istəsin və...”
18:08 21 Oktyabr 2016
42 Dünya
Ölkə mətbuatı
A- A+

Ukrayna Ali Radasının deputatı Nadejda Savçenko ölkə prezidenti Pyotr Poroşenkoya öz kreslosunu keçmiş prezident Viktor Yanukoviçə güzəştə getməyi təklif edib.

Publika.az xəbər verir ki, deputat bu haqda TSN kanalının efirində bildirib.

Deputat “Normandiya dördlüyü”nün (Rusiya, Ukrayna, Almaniya və Fransa) liderlərinin Berlində keçirilən görüşündən narazılığını bildirib və Ukrayna diplomatiyasını sərt tənqid edib.

Savçenko bildirib ki, bu danışıqlardan sonra Pyotr Poroşenko sadəcə Viktor Yanukoviçdən üzr istəməli və ölkə prezidenti postunu yenidən tutması üçün onu Ukraynaya dəvət etməlidir. O, qeyd edib ki, hazırda Ukrayna diplomatiyası əvvəlki liderin dövründəki diplomatiyadan daha zəifdir.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/173043.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR