Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda qəza törədərən sürücü yaralansa da, aradan çıxdı - FOTO

Bakıda qəza törədərən sürücü yaralansa da, aradan çıxdı - FOTO

Date: 21 October 2016 18:12

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az report-a istinadən bildirir ki, Ramana qəsəbəsi ərazisində qeydə alınan hadisə zamanı avtomobilin sürücüsü xəsarət alıb və ərazidən qaçıb.

Belə ki, yüksək sürətlə hərəkət edən Həsənov Fariz Qabil oğlunun idarə etdiyi "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq Fuad Qasımovun idarə etdiyi "Lexus" markalı maşının arxa hissəsinə çırpılıb. Nəticədə F.Qasımov xəsarət alıb.

Məlumata görə, F.Həsənov yüngül bədən xəsarəti alaraq qəzanın baş verdiyi ərazidən qaçıb.
Hadisə yerinə Yol Patrul Xidmətinin (YPX) əməkdaşları cəlb edilib. Qəzanın F.Həsənovun səhvi ucbatından baş verdiyi ehtimal olunur.
F.Həsənovun axtarışına başlanılıb.

Milli.Az







Tags:  Bakıda qəza törədərən sürücü yaralansa aradan çıxdı FOTO

RƏYLƏR


Top news