Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Əliqismət Lalayev I Regional Konfransa dəvət olunub

Əliqismət Lalayev I Regional Konfransa dəvət olunub

Date: 21 October 2016 18:12

Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev İran İslam Respublikasında keçiriləcək Teatr sənəti üzrə I Regional Elmi-nəzəri Konfransa dəvət olunub.

Dövlət Musiqili Teatrının mətbuat katibi Samir Sədaqətoğlu Milli.Az-a bildirib ki, konfrans İran İslam Respublikasının "Dramatik İncəsənət Mərkəzi"nin təşkilatçılığı ilə 2016-cı il 30 oktyabr-1noyabr tarixlərində Tehran şəhərində baş tutacaq. Səhnə sənəti mövzusunda keçiriləcək I Regional Elmi-nəzəri Konfransda bir çox ölkələrin tanınmış incəsənət xadimləri, elm adamları, teatr sənətinin nüfuzlu nümayəndələri iştirak edəcək. Tədbirdə çağdaş dünya teatrlarının inkişaf prespektivləri, beynəlxalq əlaqələrin qurulması və inkişafı, teatr sənətinin bugünü, sabahı və s. məslələlər ətrafında müzakirələr aparılacaq. İyirmiyə yaxın ölkənin tanınmış səhnə xadimlərinin qatılacağı I Regional Elmi-nəzəri Konfransda Azərbaycanı Əliqismət Lalayev təmsil edəcək. Konfransda Ə. Lalayevin "Azərbaycan teatrının inkişaf yolları" mövzusunda çıxışı nəzərdə tutulur.

Milli.Az


Tags:  Əliqismət Lalayev Regional Konfransa dəvət olunub

RƏYLƏR


Top news