Samuxda partlayışda yanan ər-arvad Bakıya gətirildilər

Samuxda partlayışda yanan ər-arvad Bakıya gətirildilər
18:22 21 Oktyabr 2016
39 Ölkə
Ölkə mətbuatı
A- A+

Samuxun Aşağı Ağasıbəyli kəndindəki yaşayış evində baş verən partlayışda xəsarət alan iki nəfər Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirilməsi İnstitutunun Plastik və Konstruktiv Cərrahiyyə Klinikasının Yanıq şöbəsinə (Respublika Yanıq Mərkəzi) yerləşdirilib.

Milli.Az bildirir ki, bu barədə Trend-ə şöbənin müdiri Şöhrət Məmmədov məlumat verib.

Şöbə müdiri bildirib ki, yaralılardan 1961-ci il təvəllüdlü Naçar İsmayılovun səhhəti nisbətən sabit olsa da, həyat yoldaşı - 1965-ci il təvəllüdlü Zemfira İsmayılovanın vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, bu gün səhər saatlarında Samuxun Aşağı Ağasıbəyli kəndində partlayış baş verib. Partlayış N.İsmayılov yaşadığı mənzildə qaz sobasını yandırmaq istəyərkən baş verib. Partlayışın evə qaz sızmasından baş verdiyi bildirilir. Hadisə nəticəsində N.İsmayılov və həyat yoldaşı Z.İsmayılova ağır dərəcəli yanıq xəsarətləri alıblar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/481923.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR