Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

""Qəbələ" ilə səfər oyununda da müsbət nəticə qazanmalıyıq”

""Qəbələ" ilə səfər oyununda da müsbət nəticə qazanmalıyıq”

Date: 21 October 2016 18:27

Qarşılaşmaya öz otağımda böyük ekranda baxdım. Bu, köməkçim Rene Lobello və bütün məşqçilər heyətinə sərbəst çalışmaq imkanı yaratdı.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri "Sent-Etyen"in baş məşqçisi Kristof Qaltye deyib.

UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda öz meydanında "Qəbələ"ni 1:0 hesabı ilə məğlub edən Fransa təmsilçisinin çalışdırıcısı oyunla bağlı fikirlərini açıqlayıb.
 
Ötən ay Belçika "Anderlext"i ilə matçda qırmızı vərəqə aldığından təmsilçimizlə görüşü kənardan izləyən Qaltye bildirib ki, komandasından razı qalıb: "Biz rəqib üçün bir sıra ev tapşırığı hazırlamışdıq. Mən Lobello və digər komanda üzvlərinin layiqli çalışdığını gördüm. Bu, onların qələbəsidi. Oyundan çox razıyam. Düzdü, matçın gedişində bəzi istədiklərimizin hamısını yerinə yetirə bilmədik. Qəbələ bizim üçün çox vacibdi. Burda gərgin matçlar keçiririk. Görüşün ilk yarısında istədiyimiz qədər dəqiq oynaya bilmədik. Lakin son oyunlarımızla müqayisədə bu dəfə daha çox qol imkanı yaratdıq. Rəqib fiziki cəhətdən axsadığından biz təşəbbüsü ələ aldıq. Ayrı-ayrı futbolçuların fərdi ustalığı və mərkəzdəki oyun sayəsində "Qəbələ"dən üstün idik. Hesab edirəm ki, növbəti mərhələyə vəsiqələr uğrunda mübarizəni 5 xala malik 3 komanda aparacaq. Bu mübarizədə üstünlük qazanmaq üçün "Qəbələ" ilə səfər oyununda da müsbət nəticə əldə etməliyik".
 
Qeyd edək ki, "Senf-Etyen" "Qəbələ"nin müdafiəçisi Rikardinyonun vurduğu avtoqol sayəsində 1:0 hesabı ilə qalib gəlib. 

Milli.Az


Tags:  Qəbələ səfər oyununda müsbət nəticə qazanmalıyıq

RƏYLƏR


Top news