Dağıstanın daxili işlər naziri Azərbaycana gəlib

Dağıstanın daxili işlər naziri Azərbaycana gəlib
18:27 21 Oktyabr 2016
39 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 21 oktyabr. REPORT.AZ/ Rusiya Federasiyası Dağıstan Respublikasının daxili işlər naziri Abdulrəşid Maqomedovun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana gəlib. 
"Report"un Şimal bürosunun verdiyi məlumata görə, Quba rayonunun istirahət mərkəzlərindən birində Dağıstan və Azərbaycan Daxili İşlər nazirliklərinin nümayəndələri arasında görüş keçiriləcək. Görüşdə ikitərəfli, istərsə də çoxtərəfli formatda əməkdaşlıq, transmilli mütəşəkkil cinayətkarlıq və beynəlxalq terrorizmlə mübarizə, mövcud kriminogen durum, cinayətkarlıqla mübarizənin vəziyyəti və qarşıda duran vəzifələr müzakirə olunacaq. 
Görüşdə Azərbaycanın şimal rayonlarının polis şöbələrinin rəisləri də iştirak edəcək.

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/dagistanin-daxili-isler-naziri-azerbaycana-gelib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR